Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:54

Keçmiş prezident qızının pullarını təzə hakimiyyətə etibar etmək olarmı?


Gülnara Karimova
Gülnara Karimova

Özbəkistanın insan haqları müdafiəçiləri və bəziləri ölkə xaricində olan keçmiş siyasi məhbuslar İsveçrə, Özbəkistan və Birləşmiş Ştatlara müraciət edərək onları keçmiş prezident İslam Karimovun böyük qızı Gülnara Karimovadan müsadirə edilmiş pulların təyinatınca xərclənməsini təmin etməyə çağırıblar.

Özbəkistan-Almaniya İnsan Haqları Forumunun təşəbbüsü ilə yazılmış və 13 özbək insan və vətəndaş haqları fəalı tərəfindən imzalanmış məktub sentyabrın 16-da Uzbekform.org saytında dərc edilib.

Bundan beş gün əvvəl İsveçrə və Özbəkistan hökumətləri arasında əldə olunmuş razılaşamya görə Karimovanın “cinayət yolu ilə” qazandığı 131 milyion dollar Özbəkistana qaytarılmalıdır.

İsveçrə hökumətinin icbari xarakter daşımayan bəyanatında deyilir ki, qaytarılan pullar “Özbəkistan xalqının nəfinə xərclənməlidir”.

Qaytarılan pullardan necə istifadə olunacaq?

Bəyanatda bu da deyilir ki, aktivlərin Özbəkistana qaytarılması üçün onlardan istifadənin şəffaflığının təmin edilməsi əsas şərtdir.

Sözü gedən məktubda özbək fəallar İsveçrə və Özbəkistan arasında əldə olunmuş razılaşmanı “mühüm addım” adlandırıblar, lakin bildiriblər ki, razılaşma Özbəksitanda siyasi islahatların həyata keçirilməsini tələb edir.

Məktubda bu da qeyd olunur ki, İsveçrə-Özbəkistan razılaşmasının həyata keçirilməsinə Özbəkistan ictimaiyyətinin və müstəqil QHT-lərin nəzarəti təmin edilməlidir.

Özbək fəallar bildirirlər ki, Özbəkistanda qanunun aliliyinin təmin edilməsi əsas şərtlərdən biridir.

Onlar vurğulayırlar ki, Özbəkistanda ədliyyə sistemi hələ də Ədliyyə Nazirliyinin nəzarətindədir.

Bu da qeyd olunur ki, ölkədə hakimiyyətə ictimai nəzarət hələ də təmin edilməyib.

Özbəkistan Karimovaya inanmır

İsveçrə 2012-ci ildə Karimova barəsində cinayət araşdırmasının gedişində onun adında olan 800 milyon İsveçrə frankını (880 milyon dollar) dondurmuşdu.

Bu pulun 131 milyon dolları 2019-cu ildə müsadirə edilmişdi.

Karimovanın adında olan başqa vəsaitlər dondurulmuş vəziyyətdə qalır və İsveçrə bildirib ki, bu vəsaitin müsadirə olunması istisna edilmir.

Rəsmi Daşkənd Karimovanın ölkədən 1 milyard dollar “oğurladığını” iddia edir.

Gülnara Karimovanın prezident atası 2016-cı ildə vəfat edib. Bundan sonra Şavkat Mrziyoyev ölkə prezidenti olub.

Karimova hazırda Özbəkistan həbsxanasındadır. O 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş prezidentin qızı ötən fevralda indiki prezident Mirziyoyevə yazdığı məktubda 686 milyon dolları ölkəyə qaytarmağa hazır olduğunu bildirirdi. O bunun müqabilində ona qarşı cinayət işinə xitam verilməsini istəyirdi.

Lakin bundan bir ay sonra Karimovaya əlavə olaraq 13 il iş kəsilib.

XS
SM
MD
LG