Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

«Gürcüstanın zorlanması»


Rusiyanın Gürcüstana təcavüzü davam etdikcə ABŞ-ın Rusiyaya olan münasibəti sərtləşir
Rusiyanın Gürcüstana təcavüzü davam etdikcə ABŞ-ın Rusiyaya olan münasibəti sərtləşir
Rusiyanın Gürcüstana təcavüzü davam etdikcə ABŞ-ın Rusiyaya olan münasibəti sərtləşir. Artıq bütün ABŞ mediası konflikt zonasından geniş reportajlar hazırlayır və ABŞ rəsmilərinin getdikcə sərtləşən bəyanatlarını yayımlayır.
ABŞ prezidenti Corc Buş Rusiyanın Gürcüstana qarşı «disproporsional güc tətbiqindən» narahatlığını bildirib. Avqustun 10-da vitse-prezident Dik Çeyni daha sərt bəyanatla çıxış edərək bildirib ki, «Rusiyanın təcavüzü cavabsız qalmamalıdır və onun davamı ABŞ-la münasibətlərdə ciddi nəticələrə gətirib çıxarar». ABŞ vitse-prezidentinin mətbuat xidməti Çeyninin bəyanatını bir qədər də izah edərək açıqlama verib ki, vitse-prezidentin fikrincə «Rusiya təcavüzü qala bilməz (ingiliscə-it must not stand)».
BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki səfiri Zalmay Xəlilzad ABŞ və Rusiya xarici işlər nazirlərinin danışıqları barədə məlumat verərək bildirib ki, Rusiya Gürcüstan prezidenti Mixail Saakaşvilinin hakimiyyətdən getməsini tələb edir. Bununla Rusiyanın Cənubi Osetiyanı qorumaq arqumentlərini şübhə altına salan ABŞ diplomatı Rusiyanın əsl məqsədinin «Gürcüstanda rejim dəyişikliyi həyata keçirmək» olduğunu bütün dünyaya bəyan edib. Rusiyanın BMT-dəki nümayəndəsi Vitaliy Çurkin öz növbəsində deyilənləri tam təsdiq etməsə də, deyib ki, bəzən seçilmiş liderlər öz xalqı üçün «maneəyə çevrilirlər».
Bu zərbələrlə Rusiya Gürcüstanın sürətlə inkişaf edərək NATO-ya inteqrasiya etməsinin qarşısını almaq məqsədi güdür

Regionda atəşkəsə nail olmaq üçün Gürcüstana səfər edən Fransa xarici işlər naziri Bernar Kuşner və onun Finlandiyalı həmkarı Aleksandr Stabın təyyarələrinin endiyi hava limanı onlar gəlməzdən cəmi bir saat öncə Rusiya aviasiyasının hücumuna məruz qalıb. BMT-də daha yumşaq xətt nümayiş etdirən Avropa dövlətləri belə dərhal hərbi münaqişənin dayandırılması üçün tərəflərə israrlı müraciətlər ünvanlayıblar.

«Assoşeyted Press» agentliyi prezidentliyə respublikaçıların namizədi olan Con MakKeynin sərt bəyanatını yayımlayıb. Həmin bəyanatda MakKeyn Putini Rusiya prezidenti adlandıraraq (Dmitri Medvedevin zəif iradəli olmasına açıq işarə edərək) onu Gürcüstana təcavüzü dayandırmağa çalışmışdır: «Mən prezident Putinlə açıq danışaraq ona bildirəcəyəm ki, bu hərəkətlərin bizim Rusiya ilə münasibətlərimizə uzunmüddətli təsiri olacaq və bu, beynəlxalq davranış normalarının pozulmasıdır». MakKeyn həmçinin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə danışdığını bildirərək deyib ki, bu söhbətdə o, Rusiaynın hərbi aksiyalarının «tam, qətiyyətlə qəbuledilməz olduğunu» vurğulayıb. Prezidentliyə digər namizəd Barak Obama bildirib ki, «doğrudan da neytral mövqedə duran vasitəçi, Rusiya yox, dərhal danışıqlara başlamalıdır».

ABŞ-dakı siyasi şərhçilər də Rusiyanın bu təcavüzünün uzunmüddətli nəticələri ola biləcəyindən narahatlıq ifadə edərək həm ABŞ-ın, həm də NATO-nun bu məsələdə daha qətiyyətli mövqe nümayiş etdirmələri zərurətini vurğulamışlar. «Nyu York Post»da geniş məqalə çıxış etmiş konservativ şərhçi Ralf Peters «Gürcüstanın zorlanması» başlıqlı yazısında Rusiyanın son hərəkətlərini Almaniyanın Polşaya hücumu və Sovet İttifaqının soyuq müharibə dövründəki hərbi müdaxilələrinə bənzətmişdir. Ralf Peters qeyd edir ki, Rusiyanın bu təcavüzü əvvəlcədən planlaşdırdığı və Gürcüstanın sadəcə tələyə düşdüyü onda ciddi şübhələr doğurmur: «Mən haradan bilirəm ki, ruslar tələ qurmuşdu? Çox sadədir: Rusiya ordusunun dağılmış hazırlıq səviyyəsini nəzərə alsaq görərik ki, briqada öz hərbi texniki bazasından bu qədər qısa müddət ərzində heç cür çıxa bilməzdi. Ruslar, aşkar görünür ki, texniki hazırlığı əvvəlcədən görüblər ki, tanklar hərəkət edəndə işləsin və onları sürən heyət kompetent fəaliyyət göstərsin. Əks halda biz dağ yollarında xarab olub qalmış çoxlu texnikanın şahidi olardıq».

Ralf Peters Rusiyanın bu təcavüzdə nəyə nail olmaq istədiyinə də aydınlıq gətirərək yazır ki, bu qədər beynəlxalq təzyiq altında yəqin ki, məqsəd Gürcüstanı tam işğal etmək deyil. Sxinvalinin nəzarətə götürülməsi, hərbi zərbələrlə Gürcüstanın strateji şose yolunun, onu Qərblə birləşdirən dəmir yolu və strateji neft kəmərlərinin, həmçinin bu ölkənin dəniz limanlarının sıradan çıxarılması bu ölkəni faktiki iki yerə bölmüş olar və onun iqtisadiyyatını faktiki dayandırmış olar.

Yazarın fikrincə bu zərbələrlə Rusiya Gürcüstanın sürətlə inkişaf edərək NATO-ya inteqrasiya etməsinin qarşısını almaq məqsədi güdür.

Ralf Petersin yekun fikirlərinə görə hələ məlum deyil ki, bu təcavüz Rusiyanın təhqir olunması, yaxud onun qələbəsi ilə başa çatacaq, amma «yeganə 100%-li aydın olan bizim (yəni ABŞ-ın-red.) hansı tərəfi tutmalı olduğumuzdur».
XS
SM
MD
LG