Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:49

Yeni «dedovşina» çarxı


Hazırda araşdırma gedir.
Hazırda araşdırma gedir.
Azərbaycan Müdafiə Nazirliyi hərbi hospitalların birində «dedovşina» faktını göstərən və oktyabrın 20-də İnternetdə yayılmış yeni video-çarxla tanışdır. Hazırda araşdırma gedir. Əgər oradakı faktlar təsdiqlənsə, ciddi tədbirlər görüləcək.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna belə deyib.

«Müdafiə Nazirliyinin rəhbərliyi özü maraqlıdır ki, əgər belə neqativ hal varsa o tezliklə üzə çıxarılsın və günahı olan şəxslər barəsində ən ciddi tədbirlər görülsün».

Bundan əvvəldə orduda «dedovşina»nı əks etdirən video-çarx İnternetdə yerləşdirilmişdi. Sonradan araşdırma zamanı məlum olub ki, bu hadisə Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən hərbi hissəsində baş verib.

XS
SM
MD
LG