Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

Əl çatmayan sosial yardım


Ünvanlı sosial yardımın bəzi hallarda ünvanına çatmamasını deputatlar da etiraf edir
Ünvanlı sosial yardımın bəzi hallarda ünvanına çatmamasını deputatlar da etiraf edir
Regionlarda dövlət tərəfindən aztəminatlı ailələr üçün ayrılmış ünvanlı sosial yardım almaq istəyən onlarla sakin var. Samux rayonunun Kolayır kənd sakini Məlahət Nuriyeva 2 körpə uşağı ilə kasıbçılıq çəkir. Məlahət Nuriyeva deyir ki, rayon Əhalinin sosial müdafiə mərkəzinin nümayəndələri isə onun 6 ay müddətinə alacağı ünvanlı sosial yardımın 3 ayını idarəyə ödəməyi tələb edir:

«Dəfələrlə getmişəm sosial yardımdan ötəri müraciət etmişəm. Pullulara yardım verirlər kasıblar qalıb belə. Yarıya yarı pulunu alırlar. Üç dəfə müraciət etmişəm deyirlər ki, sosial yardımın 3 ya 4 aylıq pulunu qabaqcadan verməlisən. Sosial yardımın adı var özü yoxdur».

Məlahət Nuriyeva kimi Samux rayonunda söhbətləşdiyimi bir çox ailələr ünvanlı sosial yardım ala bilmir.

Samux rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin rəisi Eldəniz Abdullayev deyir ki, sosial yardım vermək üçün hər bir sakinin ailəsinin gəliri hesablanır və ehtiyac meyarından çıxılır. Bu vaxt məlum olur ki, həmin sakinə sosial yardım verilməlidir ya yox. İdarənin sakinlərdən pul rüşvət istəməsi fikrini isə Samux rayon əhalinin sosial müdafiə mərkəzinin rəhbəri inkar edir.

«Sosial yardımın qanunu şəffaf qanundur. Kiminki torpağı var, ailə tərkibi az olur, torpaqdan gəliri çoxdur onlara verilmir». Mərkəzin rəhbəri sosial yardım almaq üçün rüşvət tələb edilməsini isə qəti şəkildə rədd edir.

Ancaq ünvanlı sosial yardımın bəzi hallarda ünvanına çatmaması, bu sahədə problemlərin olmasını elə Milli Məclisin üzvləri də bir neçə dəfə səsləndiriblər. Millət vəkilləri bu sahədə dəyişiklərin vacib olduğunu deyiblər.
XS
SM
MD
LG