Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:03

«Ayıbdır!»


«Məqsəd demokratiyadan korluq çəkən ölkəmizi daha avtoritar dövlət modelinə sürükləməkdir»
«Məqsəd demokratiyadan korluq çəkən ölkəmizi daha avtoritar dövlət modelinə sürükləməkdir»
«Azadlıq» qəzeti yazır ki, beynəlxalq təşkilatlar və ölkə ictimaiyyəti xarici radioların milli tezlikdə yayımının dayandırılması qərarının əleyhinə çıxır. Ölkə ziyalıları məsələyə münasibətlərini bildiriblər. Şair Ramiz Rövşən deyir ki, hakimiyyətin belə addım atması təəssüf doğurmaya bilməz: «Görünür, məqsəd onsuzda demokratiyadan korluq çəkən ölkəmizi daha avtoritar və qapalı dövlət modelinə sürükləməkdir. Deməli, bu xalq, indən belə bütün Azərbaycan radio və televiziyalarından ancaq abırsız müğənnilərin diringi mahnılarına qulaq asvmağa məhkum olacaq. Ayıbdır!». «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, «media plüralizmin qarşı növbəti məhdudlaşdırıcı qərarın şahidi olduq. Ən böyük itki yenə də plüralizminə oldu».
«Yeni Müsavat» xarici radioların Milli tezlikdən çıxarılmasını «iqtidarın Qərbə meydan oxuması kimi» qiymətləndirir. «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyir ki, «Azadlıq» radiosu bəlkə də baş verən siyasi-iqtisadi problemlər barədə daha düzgün və balanslı informasiya yayırdı. Bu isə təbii ki, hakimiyyəti qane etmirdi». Qəzetin köşə yazarı Zabil Müqabiloğlunun məqaləsi belə adlanır: «Amerika «Azadlıq»ı itirdi». «2008-ci ildə hakimiyyət o qədər rahatlaşdı ki, ilin sonunda Qərbin üç məşhur radiostansiyasının Azərbaycanda yayımını dayandırdı. Bir çoxları fikirləşirdi ki, hakimiyyət Qərbin burada danışan dilini kəsmək məsələsini ortaya atmaqla beynəlxalq birliklə bazarlıq edə bilərdi…»

«Yeni Azərbaycan»: Sosial Rifah partiyasının sədri Xanhüseyin Kazımlı deyir ki, «konstitusiya dəyişikliyi sosial sifarişdir və zamanın tələbidir». «Onun sözlərinə görə, bir şəxsin 2 dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin aradan qaldırılması düzgün qərardır. Çünki həmin müddəa insanların seçim hüququnu məhdudlaşdırır».

«Azərbaycan» qəzetində konstitusiya dəyişiklikləri ilə bağlı referendumun hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı dərc olunub. Plan Mərkəzi Seçki Komissiyasının iclasında təsdiqlənib. Bundan əlavə qəzetdə «Referendum üzrə təşəbbüs qruplarının foromalaşdırılması haqqında təlimat»da dərc edilib.
XS
SM
MD
LG