Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

«Müasir müsavatçı»lar polisin yerini tutacaqlar?


Hafiz Hacıyev: «Onlar dediklərinin əksinə gedəcəyiksə, əlbəyaxa döyüş olacaq…»
Hafiz Hacıyev: «Onlar dediklərinin əksinə gedəcəyiksə, əlbəyaxa döyüş olacaq…»
Müasir Müsavat partiyası müxalifətin icazəsiz aksiyalarının qarşısını almaq niyyətindədir. Bu barədə «Azadlıq» radiosuna partiyanın sədri Hafiz Hacıyev məlumat verib. O deyir ki, əgər müxalifət icazəsiz aksiyalara cəhd göstərərlərsə, onlar da həmin vaxt, həmin meydana üz tutacaqlar:

«Onlar dediklərinin əksinə gedəcəyiksə, əlbəyaxa döyüş olacaq. Bu əlbəyaxa döyüşdən kim qalib çıxacaq - bunu Allah bilir…»

Bəs bu Müasir Müsavat Partiyasının polisin vəzifələrini öz üzərinə götürməsi demək deyil ki?

Hafiz Hacıyev deyir ki, belə etməklə onlar ölkənin imicinin qayğısına qalırlar:

«Bəzən deyilir ki, polis zorakı yollarla vətəndaşların kütləvi aksiyalar keçirməsinin qarşısını alır. Biz istəyirik ki, Qərb ölkələrinə belə bəhanələr verilməsin».

Partiya sədri təşəbbüs qrupu yaratmasalar da, referendumun lehinə fəaliyyət göstərmək niyyətində olduqlarını bəyan edir. Bununla bağlı partiyanın idarə heyətinin fevralın 17-də keçirilən iclasında qərar verilib.

Müxalifət düşərgəsində təmsil olunan təşəbbüs qrupları isə fevralın 22-də kütləvi aksiya keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktubda onlar aksiyanın keçirilmə yeri üçün, «Füzuli» meydanını, Nəriman Nərimanov kinoteatrının qarşısını, Səməd Vurğun bağını və Prezident Aparatının yaxınlığındakı bağı istəyiblər.

Ancaq paytaxt rəhbərliyi bu məktuba hələ ki, cavab verməyib.
XS
SM
MD
LG