Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:40

İqtisadi böhran nəqliyyat sektoruna təsir edir


Ziya Məmmədov deyir ki, bir sıra yeni yol qovşaqları tikintisi kimi layihələr təxirə salınıb
Ziya Məmmədov deyir ki, bir sıra yeni yol qovşaqları tikintisi kimi layihələr təxirə salınıb
Dünyada iqtisadi böhranla bağlı Azərbaycanın nəqliyyat sektorunda bir sıra layihələr təxirə salınıb. Bunu fevralın 23-də Nəqliyyat naziri Ziya Məmmədov bildirib:

«Nəqliyyat sektorunda artıq lüzumsuz işlərin icrasına yol vermirik. Bizə ayrılan investisiyalar çərçivəsində işimizi planlaşdırırıq. Keçən ildən bu ilə qalan layihələrin icrası ilə məşğul oluruq və onların tamamlanmasında heç bir problem yoxdur».

Ziya Məmmədov deyir ki, bir sıra yeni yol qovşaqları tikintisi kimi layihələr təxirə salınıb. Yalnız imkan yarananda onların hamısının icrası davam etdiriləcək.

Nəqliyyat naziri deyir ki, iqtisadi böhran beynəlxalq kreditlərlə maliyyələşən yolların tikintisinə heç bir təsir göstərməyib.
XS
SM
MD
LG