Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

«Human Rights Watch»un hesabatı iqtidar və müxalifətin gözü ilə


Səs: Real audio
Namiq Feyziyev və Turan Əliyev universitetə gedib-getməmək barədə hələ düşünəcəklərini deyirlər Nüfuzlu insan haqları təşkilatı olan "Human Rights Watch" [HRW] son məruzəsində Azərbaycandakı seçkiləri dəyərləndirir. Yanvarın 18-də açıqlanan bu məruzə dünya ölkələrini əhatə edir.



Azərbaycana aid olan bölmədə deyilir: "Azərbaycan hökumətinin siyasi partiyaları, vətəndaş cəmiyyəti qruplarını sıxışdırmaq və tənqidi fikirləri özbaşınalıqla cilovlamaq tarixçəsi uzundur. Beynəlxalq ictimaiyyətin Azərbaycanı beynəlxalq insan haqları standartlarına uzlaşdırmaq üçün səmərəli çalışmalarına baxmayaraq, noyabrda parlament seçkiləri ərəfəsində repressiv mühit gücləndi".



Sənəddə elektron mediada hökumətin xeyrinə qərəzçilik olduğu da qeyd olunur. HRW seçki prosesini təkmilləşdirmək üçün bəzi tədbirlərin görüldüyünü, amma pozuntuların həmin tədbirləri kölgədə qoyduğunu deyir.



Qurum həmçinin işgəncələrə qarşı hökumətin tədbir görmədiyini bildirir:



"İşgəncə, başqa kobud rəftara görə cəzasızlıq mühiti ilə mübarizə aparmaq üçün hökumət hansısa ciddi bir tədbir görməyib. Əksinə, işgəncələr verməkdə məşhur olan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin başçısı Vilayət Eyvazovun vəzifəsi yüksəldilib, o, daxili işlər nazirinin müavinliyinə çəkilib



Azərbaycanda "Human Rights Watch"un hesabatına reaksiyalar müxtəlifdir.



Müxalifət hesab edir ki, bu hesabatda Azərbaycanda baş verənlər obyektiv şəkildə əks edilib.



Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli deyir ki, ötən il parlament seçkiləri zamanı bütünlükdə xalqın seçki hüququ əlindən alınıb. Ölkə vətəndaşları nə seçkidən əvvəl, nə də sonra sərbəst toplaşmaq azadlıqlarını tam olaraq gerçəkləşdirə biliblər. Yüzlərlə müxalifətçi əsassız olaraq təqib edilib, işgəncə və zorakılıqlara məruz qalıb. AXCP sədrinin sözlərinə görə, bütün bu repressiyalar onun mənsub olduğu partiyadan da yan keçməyib:



"Mənim mühafizəçim Elmar Rüstəmovu polis heç bir səbəb olmadan həbs edib. Orada o, müxtəlif zorakı hallarla üzləşib".



Əli Kərimli deyir ki, hesabatda da qeyd edildiyi kimi, işgəncə hallarına yol verən rəsmilər cəzalandırılmaq əvəzinə daha yüksək vəzifələrə təyin olunurlar. Bu da onun göstəricisidir ki, Azərbaycandakı təcridxanalarda işgəncələr ayrı-ayrı məmurların özfəaliyyəti deyil. Bu, bir növ hökumətin yeritdiyi siyasətdir. Məqsəd isə əhalini öz hüquqları uğrunda mübarizədən çəkindirməkdir.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə hesab edir ki, "Human Rights Watch" Azərbaycana qərəzli münasibəti ilə seçilir: "Onlar hesabatı birtərəfli qaydada, müxalifətin diktəsinə uyğun hazırlayırlar".



Ehsan Zahidov deyir ki, "Human Rights Watch" bir qeyri-hökumət təşkilatıdır və bu təşkilatın hesabatında səslənən fikirlərə onlar elə də əhəmiyyət vermirlər.



Avropa Şurası Parlament Assambleyasındakı [AŞPA] Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə hesabatda əks edilən bir sıra məqamlarla razıdır. Onun sözlərinə görə, həqiqətdən də parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib. Bununla belə, Gültəkin Hacıyeva hesab edir ki, hesabatda bəzi müsbət işlərə kölgə salmaq cəhdləri də var:



"Həqiqətən də bu seçkilərdə ilk dəfə barmağa mürəkkəb vuruldu və bununla da bir seçicinin bir neçə dəfə səs verməsinin qarşısı alındı. İlk dəfə «ekzit-pol» keçirildi və onun nəticələri ilə MSK-nın elan etdiyi nəticələr arasında elə də fərq olmadı. Bu da yenilik idi".



Gültəkin Hacıyeva deyir ki, neqativ halları aşkar edib hesabata daxil etmək yaxşıdır. Anc
XS
SM
MD
LG