Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Bakıda insan alveri qurbanları üçün sığınacaq açılacaq


Səs: Real audio
Şəhər Baytarlıq İdarəsinin həkimi İmamverdi Bayramov quşların mədə-bağırsaq xəstəliyindən tələf olduğunu deyir Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı artıb



Əgər bir-neçə il əvvəl insan alveri mövzusunda danışmaq az qala yasaq sayılırdısa, indi hüquq-mühafizə orqanları rəhbərləri insan alveri ilə bağlı cinayətin olmasından da, ona qarşı görülən işlərdən də həvəslə olmasa da danışırlar.



Daxili işlər naziri Ramil Usubov nazirliyin srağagünkü kollegiya iclasındakı çıxışında isə insan alveriylə bağlı cinayətlərin artdığını bildirib: «2005-ci ildə insan alveri ilə bağlı 159 cinayət faktı aşkarlanıb, 153 nəfər məsuliyyətə cəlb olunub. İnsan alveri qurbanlarını qazanc məqsədilə əxlaqsız əməllərə sövq edən 13 mütəşəkkil cinayətkar qrup ifşa olunub, cinayətlərin qurbanı olmuş 231 nəfər müəyyən olunub».



İnsan alveri qurbanları ilə sıx işləyən «Təmiz Dünya» təşkilatının rəhbəri Mehriban Zeynalovanın fikrincə, əslində bundan əvvəl də bu problem olub, sadəcə ondan danışılmayıb, indi isə bu rəqəmlər cəmiyyətə çox görünür. Mehriban Zeynalova yaşayış səviyyəsinin də cinayətlərin artmasına səbəb olduğunu bildirir.



Daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov isə deyir ki, polisin insan alveriylə məşğul olanları himayə etməsi haqqında deyilənlər doğru deyil. Ancaq saxta sənədləşməyə görə hüquq-mühafizə orqanları əməkdaşlarının cəzalandırıldığını da bildirdi.



İnsan alverinə qarşı mübarizədə Azərbaycan hökumətinə beynəlxalq təşkilatlar da yardım göstərir. ATƏT-in Bakı Ofisinin sədr müavini Robin Sivord deyir ki, əvvəlcə bu istiqamətdə işləri qurmaq asan olmayıb:



«2002-ci ilin dekabrında ATƏT-in Bakı Ofisi Avropa Şurası və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə müxtəlif nazirlikləri bu işə cəlb etməyə çalışdı. Həmin vaxt tədqiqatlar nəticəsində aşkar olunanda ki, 360 azərbaycanlı qadın Birləşmiş Ərəb Əmirliklərində faktiki qurbanlardılar, nazirliklərin nümayəndələri şoka düşmüşdülər. Çünki Azərbaycanda belə halın olmasını düşünmürdülər. Reallıq odur ki, başqa ölkələr kimi Azərbaycan vətəndaşları da belə bir problemdən əziyyət çəkir».



Cənab Sivord Azərbaycan hökuməti ilə birlikdə mart ayında insan alveri qurbanları üçün sığınacaq açacaqlarını bildirdi. Bu, Bakıda ilk belə sığınacaq olacaq.



İnsan alver qurbanlarının sayına gəldikdə isə, son iki ildə onların sayı 500-ə çatıb. Onlar əsasən qadınlardır. Məlumatı verən Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsinin rəhbəri İmran Nəcəfov deyir ki, bu, ancaq qeydə alınan rəqəmlərdir. Qeydə alınmayan rəqəmlər də var. Çünki çox adam çəkinir.



Daxili İşlər Nazirliyində insan alverindən əziyyət çəkənlər üçün qaynar xətt də açılıb, telefon nömrəsi 490 90 15-dir. Mən insan alveri qurbanlarından biri ilə danışmaq istədim. Onlar səslərinin eşitdirilməsinə və adlarının çəkilməsinə razı olmurlar.



Şərti adla özünü Gülər adlandıran 26 yaşlı Bakı sakini Səudiyyə Ərəbistanına supermarketdə işləmək adıyla getdiyini, sonradan sənədlərinin alındığını və bu yola məcbur edildiyini bildirir. O, sonradan çox çətinliklə Tehrana, oradan da Bakıya gələ bilib.



Daxili işlər nazirinin rəsmisi İmran Nəcəfov isə bildirir ki, mart ayında qurbanlar üçün tikiləcək sığınacaqda onlara psixoloqlar da, həkimlər də, qeyri-hökumət təşkilatlarının nümayəndələri də yardım göstərəcək. Polislər isə həmin binanı ancaq mühafizə edəcəklər.



Azərbaycanda insan alveriylə bağlı Milli Fəaliyyət Proqramı 2004-cü ildə təsdiq olunub. Əgər əvvəllər bu cinayət
XS
SM
MD
LG