Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:59

İstintaqın uzanması ona inamı azaldır


Səs: Real audio
Robert Koçaryan: «Siz narahat olmamalısınız. Görsəniz ki, Ermənistan prezidenti danışıqlardan kənarlaşır, yalnız o zaman narahat ola bilərsiniz. Çünki bu o demək olacaq ki, ya prezident danışıqların uğurlu olacağına inanmır, ya da bu işi axıra çatdırmaq üçün özündə güc tapmır» Elmar Hüseynovun qətlindən düz bir il keçməsinə baxmayaraq, istintaq hələ başa çatmayıb. Nə qatil, nə də bu qətlin sifarişçiləri məhkəmə qarşısına çıxarılıb



Düzdür, hüquq-mühafizə orqanları qətldə şübhəli sayılan Gürcüstan vətəndaşları – Tahir Xubanov və Teymuraz Əliyevin axtarışını elan edib. Ancaq onların tutulub Bakıya gətirilməsi də müşkülə çevrilib.



Milli Təhlükəsizlik Nazirliyi İctimaiyyətlə Əlaqə Şöbəsinin müdiri Arif Babayevin deməsinə görə, onlar qətlin üstünün açılması üçün bütün zəruri tədbirləri həyata keçirirlər: "Qətldə şübhəli bilinən şəxslərin beynəlxalq axtarışı elan edilib".



İstintaqın gedişi ilə bağlı hələ ki, əlavə məlumat verilmir. Arif Babayev deyir ki, istintaqa əngəllər yaranmaması üçün onlar bəzi məsələlərin sirr kimi saxlanılmasını üstün tuturlar.



Ancaq mütəxəssislərin rəylərinə görə, bu bir ildə hüquq-mühafizə orqanlarının özü bəzən məxfilik prinsipinə əməl etməyiblər. Bunun özü də cinayətin üstünün açılmasını xeyli çətinləşdirib.



Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynovanın vəkili Elton Quliyev deyir ki, əgər bu qətllə bağlı sifarişi doğrudan da Tahir Xubanov və Teymuraz Əliyev icra etmişdilərsə, onların adını həbs qətimkan tədbiri seçilmədən açıqlamağa ehtiyac yox idi. Çünki bununla onlar qaçıb-gizlənmək imkanı qazandılar.



Elton Quliyevin sözlərinə görə, Elmar Hüseynovun qatillərinin tapılmaması istintaqın qüsurudur. Bununla belə, o hesab edir ki, qeyri-aşkar şəraitdə və sifarişlə baş verən cinayətlərin üstünün tezliklə açılması çox çətindir. Vəkilin deməsinə görə, istintaqın indiyə qədər nəticəsiz şəkildə uzanmasının əsas səbəblərindən biri də elə onun əvvəlcədən planlaşdırıldığı kimi, məxfi şəraitdə həyata keçirilməsidir.



Elmar Hüseynovun qətlindən dərhal sonra yaradılan və ötən aya qədər fəaliyyət göstərən ictimai-təhqiqat qrupunun üzvü Şahbaz Xuduoğlu isə istintaqın yubanmasında daha çox siyasi səbəblər axtarır. O deyir ki, bu cinayətin hələ də açılmamasına görə hakimiyyət məsuliyyət daşıyır. Ancaq onun sözlərinə görə, məsuliyyəti təkcə hakimiyyətin üzərinə atmaq da düzgün olmazdı: "Biz hamımız susmaqla bu cinayətə göz yummuşuq. Üstəlik, beynəlxalq təşkilatlar Ukraynada Georgi Qonqadzenin ölümündə olduğu kimi, bu məsələyə xüsusi diqqət vermədilər".



"Sərhədsiz Reportyorlar" təşkilatında isə bu iradla razılaşmırlar. Təşkilatın Avropa bölməsinin rəhbəri Anabel Arki deyir ki, məsələn, Ukraynada Qonqadzenin ölümü daha çox rezonansa səbəb olmuşdu. Onlar həm media, həm də hökumət nümayəndələri ilə görüşmüşdülər. Elmar Hüseynovun qətliylə bağlı isə prezident İlham Əliyev cəmi bir dəfə onun təmsil olunduğu təşkilatın baş katibi Rober Menarı qəbul edib. Bundan sonra isə heç nə baş verməyib: "Bundan başqa, Ukrayna hökumətinin bizə qulaq asmaq və istintaqda konkret irəliləyişə nail olmaq istəyi var idi. Elmar Hüseynovun vəziyyətinə gəldikdə isə, biz ötən ilin martında Bakıya gəldik. Hökumət bizimlə görüşə razılıq verdi. Ancaq bu, baş vermədi. Biz o vaxtdan istintaqın irəliyə getməsiylə bağlı hökumətdən heç bir məktub almamışıq".



Əslində, beynəlxalq təşkilatların da mövqeyinə görə, qətldən keçən bu bir il ərzində ciddi istintaq aparılmayıb. Odur ki, istər "Sərhədsiz Reportyorlar", istərsə də Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi bu günlər bəyanat verərək, Azə
XS
SM
MD
LG