Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

BMT rəsmisi: «Bəzi bölgələrdə inanc azadlığı məhdudlaşdırılır»


Səs: Real audio
Azərbaycanda din və əqidə azadlıqları üzrə məruzə hazırlanır «Azərbaycan hökuməti din və əqidə azadlığına hörmət edir. Amma bəzi bölgələrdə rəsmilərin hərəkətləri inanc azadlığının məhdudlaşmasına gətirib çıxarıb».



BMT-nin İnsan Hüquqları Komissiyasının Din və Əqidə Azadlıqları üzrə məruzəçisi Əsma Cahangir Azərbaycana bir həftəlik səfərinin yekunları ilə bağlı martın 4-də keçirdiyi mətbuat konfransında belə dedi. Onun sözlərinə görə, Azərbaycanda dini sferada vəziyyət ümumilikdə yaxşı olsa da, qeydiyyatla əlaqədar çətinliklər, dini ədəbiyyata tətbiq olunan məhdudiyyətlər, din xadimlərinin təyin olunması üsullarının təkmilləşdirilməsinə ehtiyac var: «Əfsuslar olsun ki, bir sıra hallarda bu nəzarət real repressiya formalarına çevrilib. Mən Azərbaycan hökumətini tezliklə bu cür halların təkrar olunmasının qarşısını alan müvafiq tədbirlər görməyə dəvət edirəm. Bəzi dini icmaların qorxu, yaxud başqa səbəblərdən danışmağa meylli olmadıqlarını açıq söyləmələri məni xüsusilə narahat edir».



Xanım Cahangir əlavə edir ki, bu cür çatışmazlıqlara baxmayaraq Azərbaycan din və əqidə azadlığının təmin edilməsi üzrə öz modelinin qurulmasında aparıcı rol oynaya bilər: «Çünki bundan ötrü ən qiymətli aləti – millətin xoşməramlılığı və dini inanclara qarşı xoş münasibəti var».



O, səfər müddətində hökumət, QHT, dini icmaların nümayəndələri və ayrı – ayrı adamlarla görüşdüyünü, öz mandatına uyğun məsələlərlə bağlı ölkədəki vəziyyəti öyrəndiyini, irad və təkliflərinin hökumət tərəfindən diqqətlə dinlənildiyini və çox mülayim qarşılandığını da dedi.



BMT təmsilçisi Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidlərin və digər ibadət ocaqlarının vəziyyətindən də narahatlıq keçirdiyini bildirdi. Dedi ki, təhlükəsizlik baxımından Azərbaycandan həmin ərazilərə getmək mümkün deyil. Ermənistan tərəfdən ora getməyə gəlincə, Azərbaycanın reaksiyasının necə oldacağını bilmədiyi üçün bu addımı atmayıb. Ancaq onun işğal olunmuş ərazilərə gedib-getməməsindən açsılı olmayaraq həmin məlumatlar toplanır və BMT-yə təqdim edilir.



Əsma Cahangirin sözlərinə görə, onun Azərbaycanda din və əqidə azadlıqları üzrə məruzəsi üç ay müddətində hazır olacaq. Həmin sənəd Azərbaycan hökumətinə və BMT-nin İnsan Hüquqları Komissiyasına təqdim edləcək.

XS
SM
MD
LG