Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

Faşizm üzərində qələbənin 61-ci ildönümü qeyd olunur


Mayın 9-da faşizm üzərində qələbənin 61-ci ildönümü Azərbaycanda da qeyd olunub. Ölkə başçısı İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub və İkinci Dünya müharibəsi veteranlarını təbrik edib.


Gəncədə, Naxçıvanda və ölkənin başqa şəhərlərində də bayram mərasimləri keçirilib.


Respublika Veteranlar Şurasının sədri Baloğlan Rüstəmov deyir ki, onların Nazirlər Kabinetinə müraciətindən sonra İkinci Dünya müharibəsi iştirakçılarına pulsuz səhiyyə xidməti göstərilməsi haqda qərar qəbul olunub. Bütünlükdə isə o, müharibə veteranlarının vəziyyətindən şikayətçi deyil: «Bizim imtiyazlarımız ləğv olundu və pulla əvəzləndi. İndi təqaüdümüzü də qaldıracaqlar. Belə də, pis deyil vəziyyətimiz...»


İkinci Dünya müharibəsində 600 mindən yuxarı azərbaycanlı vuruşub və onların təxminən 300 mini döyüşlərdə həlak olub. 134 nəfər isə həmin dövrdə ən ali - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.


Hazırda Azərbaycanda 24 min müharibə veteranı yaşayır. Onların 12 mini müharibədə döyüşüb, elə bir o qədəri d ə arxa cəbhədə işləyib. Veteranların 6 mini isə əlildir. Yeni qanuna görə, apreldən birinci qrup əlillər yeni pulla 50, ikinci qrup əlillər 18, üçüncü qrup əlillər isə 12 manat təqaüd amalıdırlar.


XS
SM
MD
LG