Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

BMT İnsan Haqları Şurasına seçilmək Azərbaycana nə verəcək?


BMT İnsan Haqları Şurasına seçkilər, 9 may 2006
BMT İnsan Haqları Şurasına seçkilər, 9 may 2006

O hansı xəbərdir ki, insan haqları fəalları, müxalifət liderləri eşidəndə, inana bilməyiblər? İnsan Haqları Bürosunun direktoru Səidə Qocamanlı inanmayıb ki, Azərbaycan BMT-nin İnsan Haqları Şurasına üzv seçilib. AXCP lideri Əli Kərimli deyib ki, bu, doğrudan da belədirsə, bu, BMT-nin iflası deməkdir.


İnsan haqlarının vəziyyətinə görə Azərbaycan 191 ölkə arasında neçənci yerdədir? «Freedom House» insan haqları təşkilatı deyir ki, 144-cü. Bəs onda necə olur ki, BMT İnsan Haqları Şurasına seçilən 47 ölkədən biri Azərbaycan olur? Yoxsa Azərbaycanda insan haqlarının vəziyyəti «Human Rights Watch», «Freedom House» və ya «Amnesty International» dediyi kimi pis deyil? «Human Rights Watch» 2006-cı ilin hesabatında ötən seçkilərlə bağlı deyir ki, «Azərbaycanda rəsmilər məqsədə çatmaqda zorakılıqdan istifadədə azaddırlar, çünki qorxmurlar ki, buna görə onlardan hesab istənilə».


O biri tərəfdən, yeni Şura BMT-nin üzvü olan bütün ölkələrdə insan haqlarının vəziyyətinə baxacaq. Bu iş də ilk növbədə Şuranın üzvü olan ölkələrdən başlanacaq. Bu o deməkdirmi ki, Şuraya üzv olmaq əslində Azərbaycanda insan haqlarının vəziyyətini yaxşılaşdıracaq? Yoxsa əksinə, hökumət arxayınlaşacaq ki, vəziyyət dünya standartları baxımından pis olsaydı, heç Şuraya seçilərdimi? Şuraya seçilmək Azərbaycana nə verəcək? İnsan haqları bundan nə qazanacaq və ya itirəcək?


Suallar çoxdur. Bu suallara cavab tapmağa 3 qonağımız kömək edəcək:


- Cenevrədəki BMT ofisində və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi Elçin Əmirbəyov;


- İnsan haqları müdafiəçisi, BMT-nin İnsan Haqları Komissiyasında bir il təcrübə keçmiş Sahib Məmmədov;


- Demokratiya və İnsan Hüquqları Fondunun prezidenti Murad Sadəddinov


DİNLƏYİN!


XS
SM
MD
LG