Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

«Bu cür söhbətlərin ortaya çıxması çox qəribədir»


Abdulla Gül və İlham Əliyev Ankarada mətbuat konfransında, 5 noyabr 2008
Abdulla Gül və İlham Əliyev Ankarada mətbuat konfransında, 5 noyabr 2008
Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdı. Bununla Türkiyə Ermənistanın Azərbaycana təcavüzünə və torpaqlarının işğalına etiraz edirdi. O zaman belə bir şərt irəli sürmüşdü ki, Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri çıxarılmayan qədər Ermənistanla sərhədləri açmayacaq.

Ermənistan üçün bu çox ciddi itki olub. Çünki Türkiyə faktiki olaraq Ermənistanın Avopayla ən qısa yolunu bağlamışdı. Sərhədlərin bağlı olması üzündən Ermənistan iqtisadiyyatı ciddi ziyan görürdü.

Amerika prezidenti Barak Obamanın Türkiyəyə səfəri ilə Ermənistanla Türkiyənin sərhədlərini açması məsələsi son aylarda növbəti dəfə gündəmə gəldi.

Sərhədlərin açılması məsələsi haqda söhbətlər hələ ötən il başladı. 2008-ci ilin noyabrında isə Türkiyə və Ermənistan yığmalarının oyununa baxmaq üçün Abdullah Gülün Yerevana səfər etməsi niyyətlərin nə dərəcədə ciddi olduğundan xəbər verirdi. Bundan sonra iki ölkənin Xarici İşlər nazirləri də bir sıra görüşlər keçirdilər.

Obamanın Ankaraya rəsmi səfərindən öncə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmən bildirdi ki, görüşdə həm də Ermənistanla münasibətləri müzakirə edəcəklər. Bundan sonra isə Türkiyənin Ermənistanla sərhəd bölgələrinin yerli hakimiyyət orqanları sərhədlərin açılmasının çox real olduğunu bildirdilər. Hətta Türkiyə mətbuatı konkret bir tarix də göstəridi. Aprelin 16-nı…

«Hüriyyət» qəzetinin redaktoru Barçin İnancın sözlərinə görə, əslində mətbuatda yazılanları tam ciddi qəbul eləmək tam da doğru olmazdı:

«Türkiyə mətbuatı sərhədlərin mümkün bərpasıyla bağlı bir qədər şişirdilmiş hay-küy qoparıb, eyni zamanda Azərbaycan hökumətinin narahatlıqları da kölgədə qalıb. İndi bilirik ki, Azərbaycan hökuməti bundan çox məyus olub, amma əslində nə Türkiyə mətbuatında, nə də siyasi dairələrdə Ermənistanla münasibətlərin normallaşmasının Azərbaycanla münasibətlərə necə təsir edəcəyiylə bağlı heç o qədər müzakirələr aparılmayıb da».

Xanım İnancın fikrincə, əslində bu cür söhbətlərin ortaya çıxması çox qəribədir. Çünki həm türk mediası, həm də rəsmi Ankara Azərbaycanla münasibətlərə böyük önəm verir. Çünki iki qonşunun münasibətlərində hər zaman «Bir millət, iki dövlət» şüarı hakim olub.

Barçin İnancın çalışdığı «Hürriyyət» qəzetinin bazar ertəsi sayında belə bir xəbər yer alıb ki, «Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sərhədlərin açılması haqda söz-söhbətlərə etiraz oalraq İstanbulda, aprelin 7-də keçiriləcək «Mədəniyyətlərin qovuşması» forumunda iştirakdan da imtina edib».
Serj Sarkisyan və Abdulla Gül Yerevanda, 6 sentyabr 2008
Qəzet iddia eləyir ki, «Türkiyə prezidenti Abdullah Gül İlham Əliyevi fikrindən daşındırmaq üçün ona zəng eləsə də, Əliyev səfərdən imtina eləyib». «Hürriyət» qəzeti adını açıqlamadığı diplomatik mənbəyə istinadən onu da yazıb ki, Amerikanın Dövlət katibi Hilları Klinton özü də şəxsən İlham Əliyevə zəng eləyib, hətta İstanbulda toplantı çərçivəsində Əliyevlə Barak Obamanın görüşünü də təşkil edəcəyinə söz verib. Amma yenə də Azərbaycan rrezidenti İstanbula gəlməkdən imtina eləyib.

Hələ ki, «Hürriyət» qəzetinin yazdıqlarını heç bir rəsmi mənbə təsdiqləməyib. Amma çoxlarının fikrincə, bu iddialar doğrudursa, onda Ermənistanla sərhədlərin açıqlması məsələsi Bakıyla Ankara arasındakı münasibətlərə artıq təsir edib.

Əslində Azərbaycanın Xarici İşlər Nazirliyi də daha öncə bəyan eləmişdi ki, sərhədlərin açılması Ankarayla Bakının münasibətlərinə təsirsiz qala bilməz.

Ekspertlərin fikrincə, münasibətlərin korlanması Türkiyənin özünə də sərf eləməyəcək. Çünki Azərbaycanın əlində çox güclü enerji kartı var. Həm Avropa Birliyi, həm ABŞ, Avropaya Rusiyadan keçməyən neft-qaz kəmərləri layihəsində - «Nabucco» enerji dəhlizinin yaradılmasında maraqlıdır. Bu layihənin əsas halqası Azərbaycan qazı və Azərbaycanın ərazisidir. Üstəlik, Türkiyə də bu layihədə çox maraqlıdır. Həm öz daxili ehtiyaclarını ödəmək üçün, həm də enerji tranzitində önəmli rola sahib ola bilmək üçün.

Odur ki, burda sual çıxır, rəsmi Ankara bu qədər milli, ideoloji və iqtisadi dəyərləri Yerevanla münasibətəri yaxşılaşdırmaqdan ötrü riskə ata bilərmi?

«Türkiyə» qəzetinin yazarı İsmail Kapanın cavabı qətidir: «Yox».

«Biz deyə bilmərik iki ölkə arasında sərhədlər açıqlmaq üzrədir. Azərbaycanla Ermənistanın problemi həll olunmayınca, bu mümkün olan iş deyil. Türkiyə hələ də qonşularıyla problemsiz münasibətlər yaratmağın tərəfdarıdır».

O zaman Ankara nədən Ermənistanla sərhədlərin açılması məsələsində bu qədər irəli gedib?

Ekspertlərin fikrincə, bu, birbaşa olaraq erməni soyqırımı iddiası və ABŞ prezidenti Barak Obamanın da bu iddianı dəstəkləyən çıxışlarıyla bağlı ola bilər.

Rəcəb Tayyip Ərdoğan Ankarada Barak Obama ilə görüşür, 6 aprel 2009
«Hürriyət» qəzetindən Barçin İnanc deyir ki, rəsmi Ankara dünyadakı erməni diasporunun fəaliyyətindən ciddi narahatdır. Türkiyə narahatdır ki, 2015-ci ilə qədər, «erməni soyqırımı» iddialarının 100-cü ildönümü zamanı erməni diasporası bir çox ölkələrdə bu iddialarını tanıda bilər. Bu isə Türkiyənin nüfuzuna böyük zərbə olar və rəsmi Ankara Ermənistanla münasibətləri yoluna qoymaqla erməni diasporunun bu cəhdlərinin də qarşısını alacağına ümid eləyir.

Üstəlik, indiki ABŞ prezidenti Barak Obama seçki kampaniyasının gedişi zamanı – 2008-ci ilin yanvarında açıq-aşkar bu məsələyə toxunmuşdu.

Obama demişdi ki, «erməni genosidi şayiə, ya da bir nəfərin şəxsi baxışı deyil, bu, geniş şəkildə sənədləşdirilmiş və tarixi dəlillərlə əsaslandırılmış faktdır. Amerika prezidenti erməni soyqırımı haqda həqiqəti deməlidir və o, belə bir prezident olmaq istəyir».

Amma Türkiyə prezdienti Abdullah Güllə Ankradakı görüşdən sonra Obama açıq-aşkar «erməni soyqırımı» ifadəsini işlətməyib. Ancaq ABŞ prezidenti sözlərindən geri də çəkilməyib:

«Mənim dediklərim yazılı halda var və mən fikirlərimi dəyişməmişəm. Amma məni ən çox həvəsləndirən odur ki, prezident Gülün rəhbərliyi ilə Ermənistan və Türkiyə arasında uzun illər məsələlərin həlli üçün ciddi danışıqlar aparıldığını görürürük».

Barak Obama bu gün Türkiyə parlamentində çıxşında bu məsələyə bir daha toxunub. Deyib ki, Türkiyə yeganə ölkədir ki, Transqafqaz dövlətlərinin hamısı ilə dil tapa bilər. Regionda sülhün yaranması, Qarabağ probleminin həll olunması baxımından Türkiyənin Ermənistanla yaxınlaşmasını müsbət qiymətləndirən Barak Obama 1915-ci il hadisələrinə də dolayı yolla toxunub.

Obama, Amerika tarixindəki quldarlığı misal gətirərək bildirib ki, tarixi hadisələrə qərəzsiz və obyektiv münasibətin gələcək üçün də əhəmiyyəti var.
XS
SM
MD
LG