Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

«Məhəmməd Peyğəmbər» məscidini tamamilə sökürlər


Məscidin nümayəndəsinin dediyinə görə, əraziyə ağır texnika aprelin 26-sı gecə saatlarında gətirilib
Məscidin nümayəndəsinin dediyinə görə, əraziyə ağır texnika aprelin 26-sı gecə saatlarında gətirilib
Bakıda qanunsuz tikildiyi iddia olunan «Məhəmməd Peyğəmbər» məscidini tamamilə sökməyə başlayıblar.

Məscidin nümayəndəsi Zaur Muradovun «Azadlıq» radiosuna dediyinə görə, əraziyə ağır texnika aprelin 26-sı gecə saatlarında gətirilib: «Dünən gecə sökməyə gəliblər. Bazar gününün olmasından istifadə ediblər ki, camaat ayıq düşməsin, etiraz edə bilməsin. İndi heç kimi əraziyə buraxmırlar».

«Murtuza Muxtarov-190» ünvanında yerləşən məscidin ətrafı polis tərəfindən mühasirəyə alınıb, əraziyə girişə icazə verilmir.

Heç kimi əraziyə buraxmırlar
Yasamal Rayon Məhkəməsi ötən il noyabrın 28-də rayonun İcra Hakimiyyətinin iddiası əsasında, «Murtuza Muxtarov küçəsi, 190» ünvanında yerləşən «Məhəmməd Peyğəmbər» məscidinin sökülməsi barədə qətnamə çıxarıb. İddiaya görə, məscidin tikildiyi 9 kvadrat metr ərazi yaxınlıqdakı Azərbaycan İqtisad Universitetinin tədris korpusuna aiddir.

Məscidin nümayəndəsi Zaur Muradovun dediyinə görə, sözügedən məscidin 3 ildir tikintisi gedir. Tikinti məhkəmə ilə bağlı ötən ilin oktyabr ayından dayandırılıb.

Bir müddət əvvəl isə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri məscidin hasarlarını, qapılarındakı «Quran» kitabını və məscidin adı yazılmış lövhəni söküb.
XS
SM
MD
LG