Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

Zamana ümid edənlər...


Əgər belə davam etsə, Türkiyə də İranın davranış tərzini təkrarlamağa başlayacaq
Əgər belə davam etsə, Türkiyə də İranın davranış tərzini təkrarlamağa başlayacaq
Bir neçə il əvvəl, Günəş tutulması ərəfəsində, Azərbaycanda hakimiyyətə yaxın partiyalardan birinin rəhbəri maraqlı bəyanat vermişdi. O demişdi ki, Heydər Əliyevin rəhbər olduğu ölkədə Günəş tutula bilməz!..Təbii ki, Günəş tutuldu, beləcə «çox ciddi» bəyanatlardan biri insanlar arasında zərb–məsələyə çevrildi...

Bunu təsadüfən xatırlamadıq. İndi hər hansı qlobal hadisədən söhbət düşəndə, məmurlarımız təxminən belə fikirlər səsləndirirlər. Məsələn, deyirlər ki, iqtisadi böhranın Azərbaycana heç bir təsiri olmayacaq. Ancaq artıq indidən bir neçə müəssisə fəaliyyətini dayandırıb, işsizlik xofu daha çox adama sirayət edir. Bu da təbiidir. İndi hər hansı prosesdən ötrü özünü hifz etmək üçün yeni «Çin səddi çəkməyin» vaxtı deyil. Dünya siyasəti və iqtisadiyyatı biri–birinə o qədər qarışıb ki, hər hansı bir yerdə problem yarananda, bu, digər ölkələrə də sirayət edir. Xüsusən də nəzərə alanda ki, Azərbaycanın büdcəsi əsasən neftdən gələn gəlirlər hesabına formalaşır, əmin olursan ki, böhran Azərbaycan tərəfə gəlməsə də, Azərbaycan özü böhrana doğru yaxınlaşır...

İndi Azərbaycanın ürəyi Belçika ilə Rusiya arasında «çırpınır». On illər ərzində tərif və təbliğ edilən siyasətdə də çat yaranıb. Xarici siyasətin «uğurları» o qədər çox oldu ki, axırda ölkə Türkiyə kimi müttəfiqi itirmək təhlükəsi qarşısında qaldı. Əgər belə davam etsə, Türkiyə də İranın davranış tərzini təkrarlamağa başlayacaq. Söhbət nədən gedir? İran Azərbaycana qarşı təcavüz olduğunu etiraf edir, amma bu, ona Ermənistanla hər hansı hərtərəfli əlaqələr qurmağa mane olmur.

Beləcə də zaman özünün bumeranq mahiyyətini bir də təzahür etdirəcək. İndi zaman Azərbaycanın xeyrinə işləyirmi? Təbii ki, yox. Nə zamanla, nə də iqtisadiyyatla bağlı siyasətin Ermənistana o qədər də təsiri yoxdur.

Elə bu səbəbdən indidən etiraf etmək lazımdır ki, Azərbaycanın xarici siyasəti tam böhran içindədir. Bununla bağlı dəfələrlə proqnozlar verilmişdi, zamanın praktiki üstünlüyünün özünün nisbi xarakter daşıdığını bildirmişdi.

Təəssüf ki, bu hakimiyyətin Azərbaycanı hansı istiqamətə aparacağını irəlicədən bilənlər və deyənlər var, lakin onları eşidən yoxdur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG