Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

Fərhad Əliyevin ikigünlük aclıq aksiyası sona çatdı


Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin 48 saatlıq aclıq aksiyasının vaxtı iyulun 7-də gecə başa çatıb. Fərhad Əliyev ikigünlük aclıq aksiyasını istintaqın ləng getməsinə etiraz olaraq keçirirdi.

Onun vəkili Adil İsmayılov deyir ki, əgər aksiyanın effekti olmasa, keçmiş nazir daha uzunmüddətli aclığa əl atacaq: «Bu, birinci addım idi. Əgər irəliləyiş olmasa, yəqin ki, müddətsiz aclıq edəcək».


Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevsə bildirir ki, istintaq orqanı nümayəndələri Fərhad Əliyevlə görüşüblər. İşlə bağlı istintaqın nə vaxt sona çatıb məhkəməyə göndəriləcəyi isə hələ məlum deyil:


«İstintaq orqanının nümayəndələri onunla görüşüblər. Ona izah ediblər ki, qanunla müəyyən olunmuş vasitələrlə müraciət etsin. Nədən narazılığı varsa, vəsatətlərini versin, istintaq orqanı həmin vəsatətlərə baxacaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görüləcək. İş üzrə əhəmiyyət kəsb edən hallar tam müəyyənləşdiriləndən sonra istintaq orqanı özü də işin qısa müddət ərzində məhkəməyə göndərilməsində maraqlıdır».


Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev ötən ilin oktyabrında həbs edilib. O, dövlət çevrilişinə cəhddə ittiham olunur.


XS
SM
MD
LG