Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

ATƏT Azərbaycan hökumətini jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır


ATƏT-in Bakı ofisi
ATƏT-in Bakı ofisi

ATƏT-in Bakı ofisi Azərbaycanda Milli Mətbuat günü münasibəti ilə tədbirlərə qoşulub və azad medianın iqtisadi, demokratik və sosial tərəqqidəki rolunu vurğulayıb.


ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivord Azərbaycan media nümayəndələrinə müraciətində deyib ki, qəzetlərinin borcunun ləğvi və informasiya əldə etmək haqqında qanunun qəbulu kimi müsbət addımlara baxmayaraq, bir çox ciddi məsələlər öz həllini gözləyir. Cənab Sivord Elmar Hüseynovun qətlinin üstünün açılmaması, jurnalistlərə qarşı zorakılıqlar, böhtana görə hələ də məhkəmə iddialarının qaldırılmasına diqqət çəkir.


ATƏT-in Bakı ofisi Azərbaycan hökumətini jurnalistlərin təhlükəsizliyini təmin etməyə, jurnalistlərə qarşı cinayətləri cəzasız qoymamağa çağırır.


XS
SM
MD
LG