Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:41

Azərbaycan-ABŞ hərbi əməkdaşlığı...


İşdən Sonra
Gözlə
Embed

No media source currently available

0:00 0:47:01 0:00
Direct-ə keçid

Zahid Oruc və İlqar Məmmədov Amerika Azərbaycan münasibətləri barədə danışıblar.

Zahid Oruc
AzadlıqRadiosunun «İşdən sonra» proqramında parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc və «Respublikaçı Alternativ» Hərəkatının həmsədri İlqar Məmmədov bu mövzunu şərh edirlər.

Zahid Oruc:

«Azərbaycan –Amerika münasibətləri 2007-ci il səviyyəsinə qayıtmayıb. Yəni, o qədər yüksək bir axarda davam etmir. Amma eyni zamanda, 2009-2010-cu illərdəki kimi də deyil. Ötən 3-4 ildə Azərbaycan-Amerika münasibətlərində ən böyük maneə Türkiyə-Ermənistan məsələsi idi. Yəni, ölkədaxili və başqa hansısa məsələlər deyildi. İkincisi isə bir sıra hallarda Barak Obama administrasiyasının beynəlxalq miqyasda siyasəti ilə bilavasitə əlaqəli idi. Burada Azərbaycan hakimiyyətinin maraqlarını axtarmaq, guya bu siyasətin hansısa antipatiyalar və ya simpatiyalar əsasında müəyyənləşdiyini vurğulamaq yerində olmazdı. Faktiki olaraq son dövrlər, xüsusilə də Brayzanın səfir kimi təyinatından sonra müsbət impulslar xeyli çoxalıb».

İlqar Məmmədov:

«Azərbaycan –Amerika münasibətlərinin indiki nöqtəsi əvvəlkilərə nisbətən çox aşağıdır. Ona görə ki, son vaxtlar bir neçə hadisə baş verib. Bu hadisələr təkcə Azərbaycana aid deyil. Ermənistan parlamenti Rusiya ilə hərbi baza haqqında anlaşmanı tamamladı. Bundan öncə Ermənistanın Konstitusiya Məhkəməsi bunu təsdiqləmişdi. Artıq geri yol yoxdur. 3 gün sonra ABŞ Ermənistana ayrılan «Minilliyin çağırışı» yardımını bağladı.
İlqar Məmmədov
Bu arada Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Urmiyada görüşdülər və danışdılar ki, hər 6 aydan bir belə əlaqələndirmə görüşləri keçirsinlər. Həmin günlərdə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada görüşdülər. Bu cür münasibətlər inkişafdadır, qurulmaqdadır və demək olar ki, ABŞ bu regionda son həftələr yoxdur. Bu tendensiyalar ABŞ-ı çox narahat edir. O dərəcədə narahat edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtona Hillari Klintonla görüşə dəvət olundu və nəticədə onun müavini ilə görüşdülər. Bu, onu göstərir ki, ABŞ Minsk prosesində təşəbbüsü Rusiyaya vermişdisə, artıq indi bütün bu hadisələrin fonunda müəyyən narahatlıq hiss edir».

Zahid Oruc:

«Azərbaycan-ABŞ hərbi təlimləri keçiriləcək və bunun təxirə salınmasının səbəblərini sırf texniki amillərdə axtarmaq lazımdır. Heç bir halda çox uzaqgedən siyasi nəticələr çıxarmaq düzgün deyil».

XS
SM
MD
LG