Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

Əsgərlər dünyanın harasında zəhərlənir?


Bakıda hərbi parad, 22 iyun 2007
Bakıda hərbi parad, 22 iyun 2007
«ƏFƏNDİM, BİZDƏ DÖVLƏT ƏSGƏRƏ GÖZÜ KİMİ BAXIR»

«Türkiyə ordusunda «əsgərlərin qidası» adında problem yoxdur». Bunu «Azadlıq» radiosuna türk ordusunun istefada olan polkovniki Ərdal Sarızeybek deyib. Keçmiş hərbçi bildirir ki, Türkiyədə ordunun nüfuzu elə yüksəkdir ki, kiminsə ağlına da gəlməz ki, əsgərlərə keyfiyyətsiz yemək verərlər, ya da ki, şəraiti pis olar, xəstələnər. Sarızeybek əlavə edir ki, indiyə kimi əsgərlərin kütləvi xəstələnməsi
«Türkiyə ordusunda «əsgərlərin qidası» adında problem yoxdur»
halı yadına gəlmir.

«ƏSGƏR QİDASI KİMİ MƏİŞƏT PROBLEMİ GÜRCÜSTANDA DEMƏK OLAR Kİ, HƏLL OLUNUB»

Gürcüstanlı hərbi ekspert Koba Liklikadze da deyir ki, ölkəsində axır bir neçə ildə qidadan zəhərlənmə halı yadına gəlmir. Liklikadze bildirir ki, Rusiya ilə yaydakı hərbi münaqişədən sonra Gürcüstanda ordunun qayğısına daha çox qalırlar:

«Qidalanma kimi məişət səviyyəsində problemlər demək olar ki, həll olunub. Amma demək olmaz ki, insan haqları ilə problem qalmayıb, qalıb, üstəlik, indi ictimaiyyət üçün orduya nəzarət etmək lap çətinləşib.
Gürcüstanlı hərbi ekspert deyir ki, ölkəsində axır bir neçə ildə qidadan zəhərlənmə halı yadına gəlmir
Ordu daha qapalıdır».

RUSİYANIN «ƏSGƏR ANALARI KOMİTƏSİ»

Keçən ilin oktyabrında Rusiyanın «Severniy» hərbi aerodrom şəhərciyində 50-ə qədər adam qidadan zəhərlənmişdi. Rəsmilər də təsdiqləmişdi ki, səbəb keyfiyyətsiz qida olub.

Rusiyada orduya nəzarət edən məşhur təşkilatlardan biri - Əsgər Anaları Komitəsinin katibi Valentina Melnikova deyir ki, rus ordusunda da zəhərlənmə halları olur, amma əvvəlki illərə nisbətən daha az. Onların komitəsi isə orduya nəzarət edə bilir - amma bir şərtlə ki, bu barədə şikayət alsınlar.

Melnikova deyir ki, dəfələrlə olub ki, şikayət əsasında hərbi prokurorun müşaiyyəti ilə hərbi hissəyə gediblər, əsgərlərin həyat tərzi ilə maraqlanıblar, vəziyyətin yaxşıya doğru dəyişməsinə nail olublar.
Rusiyada ordusunda zəhərlənmə halları olur, amma əvvəlki illərə nisbətən daha az


«BİZ BIR DƏFƏ DƏ MÜDAFİƏ NAZİRLİYİNİN HƏRBİ HİSSƏLƏRİNƏ GEDƏ BİLMƏMİŞİK»

Bakıda Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli deyir ki, təşkilatı altı ildir ki, işləyir, indiyə kimi bir dəfə də Müdafiə Nazirliyinin hərbi hissələrinə gedə bilməyiblər:

«Dəfələrlə əməkdaşlıq barədə məktub göndərmişik, hüquq pozuntuları barədə nazirin özünə müraciət etmişik, bizə cavab gəlmir, ümumiyyətlə, bizə reaksiya verən yoxdur. Müdafiə Nazirliyi bizim üçün qadağalı bir sahədir».

Yaşar Cəfərli deyir ki, Müdafiə Nazirliyi hərbi hissələrə ancaq onun mövqeyini müdafiə edən qeyri-hökumət təşkilatlarını aparır.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə Yaşar Cəfərlinin ittihamlarını qəbul etmir, deyir ki, Müdafiə Nazirliyi ictimai təşkilatlara fərq qoymur, bütün müraciətlərə baxır, getmək istəyənləri hərbi hissələrə aparır.

Mayın 26-da axşam Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Mərkəzi Hərbi Hospitala 164 əsgər gəlib.

«Azadlıq» radiosunun müxbirləri hadisə yerində olublar, əsgərlər müxbirlərimizə deyiblər ki, balıq yeyib zəhərləniblər. Müdafiə Nazirliyinin məlumatına görə, əsgərlər zəhərlənməyib, soyuqlayıblar.
XS
SM
MD
LG