Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:52

QHT-lərlə bağlı qanunun müzakirəsi dayandırılsın


Ombudsman Elmira Süleymanova
Ombudsman Elmira Süleymanova
Ombudsman Elmira Süleymanova QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq qanun layihəsinin müzakirəsinin dayandırılması və ya payız sessiyasına qədər təxirə salınması ilə bağlı Milli Məclisə müraciət edib.

Ombudsman Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndələri ilə görüşdə bu məsələ bağlı onların suallarını cavablandırarkən deyib.

Ombudsman bu məsələ ilə bağlı Milli QHT Forumunun da ona müraciət etdiyini bildirib.

APA ombudsmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, E. Süleymanova Azərbaycanda media nümayəndələrinin, o cümlədən məhkum jurnalistlərin hüquqlarının təmin olunması vəziyyəti barədə diplomatların suallarını cavablandırıb.

Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu (COEST) Avropa Birliyinə üzv ölkələrin qurum yanında Daimi Nümayəndəliklərinin diplomatlarından ibarət olan bir təsisatdır. Qrup heyətinin tərkibinə Çexiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İsveç, Finlandiya, İrlandiya, Rumıniya, Belçika, Danimarka, Slovakiya, Litva, Estoniya və digər ölkələrin nümayəndələri daxildir.
XS
SM
MD
LG