Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:54

QHT-ləri narahat edən bütün müddəalar qanun layihəsindən çıxarılıb


Pənah Hüseyn: «Sənəddə köklü dəyişikliklər var»
Pənah Hüseyn: «Sənəddə köklü dəyişikliklər var»
«QHT-lər haqqında qanuna əlavələr layihəsindən qeyri-hökumət qurumlarını narahat edən bütün müddəalar çıxarılıb. Sənəddə köklü dəyişikliklər var». Bunu «Azadlıq» radiosuna müsahibəsində millət vəkili Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, sənəd deputatlara parlamentin plenar toplantısı başlamazdan təxminən yarım saat öncə paylanıb.

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təmsilçisi Qubad İbadoğlu isə bildirir ki, müzakirəyə çıxarılan sənəddə vətəndaş cəmiyyəti institutlarının təkliflərinin çoxu nəzərə alınıb:

«Ancaq istənilən halda biz razı salmayan məqam odur ki, məsələ ilə bağlı aparılan müzakirələr qapalıdır, şəffaf deyil. Əgər doğrudan da bu dəyişikliklər bizim maraqlarınıza uyğundursa, o zaman bu gizliliyin səbəbi anlaşılmır».

Qubad İbadoğlunun sözlərinə görə, komitə sənədə parlament müzakirəsindən sonra münasibət bildirəcək.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri iyunun 30-da yenidən Milli Məclis qarşısında aksiya keçirməyə cəhd göstəriblər.
XS
SM
MD
LG