Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:43

Prezidentin iqamətgahının tikintisi qalmaqal yaratdı


Sakinlərlə polis arasında qarşıdurma olub
Sakinlərlə polis arasında qarşıdurma olub
Bakıda Xan Şuşinski küçəsində tikilən prezident iqamətgahı qalmaqala səbəb olub. İyunun 30-da sakinlərlə Nərimanov rayonu 16-cı Polis Bölməsinin əməkdaşları arasında qarşıdurma olub.

Biz ora çatanda 40-a yaxın polisin müşayiəti ilə fəhlələr linglə evlərin qarşısında sədd çəkmişdilər. Bəzi evlərin qapıları sındırılmışdı. Sakinlərdən xəsarət alanlar vardı. Hadisə yerinə təcili tibbi yardım maşınları çağırılmışdı.(Yazı videonun altında davam edir)
Yeni prezident iqamətgahının əks-sədası
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid


Qarşıdurmadan əvvəl sakinlərdən 50 nəfər Prezident Administrasiyasında, Nərimanov rayonu İcra Hakimiyyətində qəbulda olublar. Onlar köçürülmə ilə bağlı sərəncamın təqdim olunmasını və kompensasiya verilməsini tələb ediblər. Ancaq Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov sakinlərə deyib ki, bu məsələdə pul kompensasiyasından söhbət gedə bilməz.

Prezidentin qonşularını döyürlər
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid
XS
SM
MD
LG