Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:22

Avropanın dini geyim dilemması


Afghanistan -- A woman covers her face in hijab, Kabul, 03Mar2009
Afghanistan -- A woman covers her face in hijab, Kabul, 03Mar2009
İyulun 10-da Belçikanın ali mülki məhkəməsi – Dövlət Şurası hicab geyindiyi üçün işdən qovulan müsəlman müəlliməni dəstəkləyən qərar qəbul edib.

SİNİFDƏ OLMAZ, DƏHLİZDƏ OLAR

Frans Press agentliyinin məlumatına görə, şura qadının Brüssel ətrafındakı iki məktəbdən qovulmasını – onun hüquqlarının pozulması kimi qiymətləndirib.

Qadın həmin məktəblərdə müvəqqəti olaraq İslam dinini tədris edirdi.

Dərsi hicabsız desə də, məktəb rəhbərliyi ondan sinifdən çıxandan sonra da – yəni məktəbin binasında olduğu bütün müddətdə hicab taxmamağı tələb edirdi.

Məhkəmənin qərarına görə, məktəblər qadının sinifdən kənarda hicab taxmasının onun dediyi dərsə mənfi təsir etməsi ilə bağlı iddianı əsaslandıra bilməyiblər.

Londonun hicablı polisləri. 16 may 2001
Hicab məsələsi uzun müddətdir ki, Belçikada mübahisələrə səbəb olur. Məhkəmənin bu qərarı president yarada bilər.

Bundan əvvəl– iyunun 23-də Belçkida türk əsilli müsəlman qadın Avropada ilk dəfə olaraq deputatı olduğu parlamentin iclaslarında başı bağlı iştirak etməyə başlamışdı. O, Brüsselin regional parlamentlərinin birində fəaliyyət göstərir.

SARKOZİ: “BURKA QADIN LƏYAQƏTİNİ ALÇALDIR”

Fransada isə 2004-cü ildə məktəblərdə baş örtüyünü qadağan ediblər.

Bundan sonra onlarla müsəlman qız tələbə əməl etmədiyi üçün məktəbdən xaric edilmişdi. Həmin dövrdə Fransada keçirilən sorğular yerli əhalinin 60-70 faizinin qadağanı dəstklədiyini aşkara çıxarmışdı.

Bir çox fransızlar baş örtüyünü qadınların hüquqlarının pozulması kimi qiymətləndirir.

18-ci əsrin sonundakı inqilab Fransada katolik kilsəsinin dövlət üzərindəki dominantlığına zərbə vurdu. Bundan sonra Fransada dünyəvilik prinsiplərinə ciddi əməl edilməsi çox həssas məsələyə çevrilib.

Bu yaxınlarda isə Fransa prezidenti Sarkozi Versalda parlamentin xüsusi iclasında müsəlman qadınların Fransada burka geyməsinin – qadının başdan ayağa (üzü, barmaqları da daxil olmaqla) örtüyə bürünməsini pisləyib.

Britaniya kraliçası Türkiyədə məscidi ziyarət edərkən başını örtmüşdü.
Onun fikrincə, bu, qadın ləyaqətini alçaldır.

Sarkozi ictimai yerlərdə burka geyinilməsini qadağan edib-etməməyi nəzrdən keçirən parlament komissiyasının yaradılmasını da dəstəkləyib.

Amma dünyəvi dəyərlərə həm də hər bir insanın vicdan və etiqad azadlığını təmin etmək daxildir.

POLİS UNİFORMASINDA HİCABLI QADINLAR

Müsəlman qadınlar hicabla bağlı qadağalardan öz ölkələrinin məhkəmələrinə, eləcə də Avropa İnsan Haqları Məhkəməsinə şikayət edə bilərlər.

Amma Avropa İnsan Haqları Məhkəməsinə 1998-ci ildə hicaba görə İstanbul Universitetindən qovulmuş türkiyəli qadın – Leyla Şahinin iddiasını təmin etməyib.

Məhkəmənin qərarına görə, sinif otağında hamı bərabər olmalı, heç bir dinin əlamətləri qabarıq nəzərə çarpmamalıdır.
Britaniya isə hicab məsələsində ən loyal ölkələrdəndir.

Bu ölkədə dövlətin hicabla bağlı qadağası yoxdur.

Britaniya, Norveç və İsveçdə isə polisə işə düzələn müsəlman qadınlara polis uniforması ilə hicab geyməyə icazə verilir.
Bu cəmiyyətin bütün təbəqələrini asayişin qorunmasına aktiv cəlb etmək niyyəti ilə əlaqələndirilir.
XS
SM
MD
LG