Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:30

“Gallup”: Azərbaycanda əhalinin 77%-i rəhbərlikdən razıdır


ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən “Gallup” təşkilatı iyulun 31-də yeni sorğusunu elan edib. Bu sorğuya Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır. Ukraynada isə rəhbərlikdə olanların işindən ən çox narazılıq ifadə olunub.

Maraqlıdır ki, sorğunun nəticələrinə görə beynəlxalq təşkilatların daha çox avtoritar ölkələr kimi xarakterizə etdikləri ölkələrdə rəhbərliyin işi bəyənilib. Qazaxıstan, Ermənistan, Rusiya kimi ölkələrdə bu inam 50%-dən yuxarıdır.

Litva, Estoniya kimi ölkələrdə isə rəyi soruşulanlar ölkə rəhbərliyinin işini daha az bəyəniblər.

“Gallup” qeyd edir ki, 12 keçmiş sovet respublikasında 1000 nəfərlə üzbəüz söhbətdə onlara bu sualı verib: Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?

“Rəhbərliyin işini bəyənirəm” deyənlərin cavabı əsasında ölkələr üzrə vəziyyət bu cürdür:
XS
SM
MD
LG