Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Azərbaycan həbsxanalarında məhbuslar nədən ölürlər?


ABŞ Dövlət Departamentinin illik hesabatına görə, ötən il Azərbaycan həbsxanalarında 130 məhbus ölüb
ABŞ Dövlət Departamentinin illik hesabatına görə, ötən il Azərbaycan həbsxanalarında 130 məhbus ölüb
«2007-ci ildə həyat yoldaşım iki dəfə geniş infarkt, bir il sonra isə insult keçirdi. Yüksək qan təzyiqi, böyrək çatışmazlığı var, şəkər xəstəliyinin ağır formasından əziyyət çəkir. Vəziyyəti son dərəcə ağırdır. Ölümlə çarpışır. Bütün xəstəliklərini də həbsxanada tapıb».

Səfurə Nəsirovanın həyat yoldaşı Vaqif Hüseynov 1994-cü ilin oktyabr hadisələrinə görə həbs edilib. İndi 70 yaşı var. Ömürlük cəza və həyat yoldaşının saydığı bu xəstəliklərlə Qobustan həbsxanasında saxlanılır.

BİR UDUMLUQ HAVAYA EHTİYACI VAR

Səfurə Nəsirova deyir ki, həyat yoldaşının vəziyyəti çox ağırdır. Səhhətiylə bağlı həbsxananın tibb hissəsində müalicə olunsa da, bu, ona kömək etmir:

«Xəstəliyiylə bağlı dəfələrlə prezidentə müraciət etmişəm. Ancaq mənim məktubum deyəsən, ona çatmayıb. Cavab almamışam. Hazırda həyat yoldaşım həbsxananın tibb hissəsində müalicə olunur. Ancaq bu müalicə ona uyğun deyil. Bir dəfə də infarkt keçirsə, öləcək. Heç infarkt vurmamış oksigen azlığına dözə bilmir. Həkim də deyir ki, ona hava lazımdır. Hava da hardan? Nəfəslikdən bir az hava alır, onu da gecə bağlayırlar. Darısqal bir yerdir, axşam da nəfəsliyi bağlayanda, hava ala bilmir...»

ƏLİ İNSANOVUN BELİ ƏMƏLİYYAT OLUNMALIDIR, FƏRHAD ƏLİYEVİN TƏZYİQİ 260-a QALXIB...

Avqustun 17-də «Tolişi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Penitensiar Xidmətin müalicə müəssisəsində ölməsindən sonra ağır xəstə olan məhbusların yaxınlarının və hüquq müdafiəçilərinin narahatlığı artıb.

Cəzaçəkmə yerlərinin monitorinqiylə məşğul olan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, Azərbaycandakı bütün həbsxanalarda ağır xəstə olan məhbuslar var. O deyir ki, təkcə siyasi məhbuslar arasında 8 nəfər belə xəstə var. Onlar şəkər, vərəm, yüksək qan təzyiqi, ürək və başqa xəstəliklərdən əziyyət çəkirlər:

«Keçmiş nazirlər Əli İnsanov, Fərhad Əliyev, keçmiş polis rəisləri Natiq Əfəndiyevlə Müşfiq Mədətov, «Yeni Fikir» Gənclər Təşkilatının rəhbəri Ruslan Bəşirli ağır xəstələrdəndilər. Əli İnsanovun belində mütləq cərrahiyə əməliyyatı olunmalıdır. Cərrahiyəni də burda eləmirlər, Almaniyada edirlər. Fərhad Əliyevin təzyiqi 240-260-dır. Cəzaçəkmə yerinin qaydalarına görə, o da başqa məhbuslar kimi iki saat günün altında olur. Ancaq təzyiqinə görə, onu heç vaxt günün altında saxlamaq olmaz. Ya da Ruslan Bəşirlinin psixi vəziyyəti çox gərgindir. Bu adamlar ölə də bilər. Bunlar hələ siyasi məhbuslardır».

Novella Cəfəroğlu deyir ki, siyasi məhbuslardan başqa, ağır xəstə olan onlarla xəstə məhbuslar var.

Hüquq müdafiəçisi deyir ki, belə şəxslərin azadlığa çıxması cəzaçəkmə yerlərinin rəislərindən və Ədliyyə Nazirliyindən asılıdır.

QANUNVERİCİLİYƏ GÖRƏ, ÖLÜMCÜL VƏZİYYƏTDƏ OLAN MƏHBUSLAR AZAD OLA BİLƏR

Azərbaycan qanunvericiliyinə əsasən ağır vəziyyətdə olan məhbusların azadlığa çıxma şansları var. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovsa deyir ki, ancaq bu, cəzaçəkmə yerlərindən asılı deyil:

«Qanunvericilik buna yol verir. Ancaq bütün proseslər məhkəmə yoluyla həyata keçirilir. Xəstə tibbi komissiyadan keçirilir. Onlar bizim əməkdaşlar olmurlar. Əgər xəstənin ölümcül vəziyyətdə olması müəyyən edilirsə, bütün sənədlər cəzaçəkmə yerinin yerləşdiyi məhkəməyə təqdim olunur və qərarı məhkəmə çıxarır. Penitensiar Xidmət isə bunu həyata keçirir».

Mehman Sadıqov deyir ki, ölümcül vəziyyətdə olan xəstələrin bu yolla azad olunması halları çox olub.

BƏS, NOVRUZƏLİ MƏMMƏDOV NİYƏ ÖLMƏMİŞDƏN AZAD OLUNMADI?

Mehman Sadıqovun suala cavabı belədir:

«Onun müalicəsinə də tibb ocaqlarından həkimlər cəlb olunmuşdu. Ancaq görülən tədbirlərə baxmayaraq, səhhəti və yaşı yaşamasına imkan vermədi».

Penitensiar Xidmətin şöbə müdiri cəzaçəkmə yerlərində ölən məhbusların sayını deməsə də, bildirir ki, son illər görülən tədbirlər nəticəsində ölənlərin sayı azalır. O ki qaldı məhbusların nədən ölməsinə, Mehman Sadıqov deyir ki, onlar adətən vərəm xəstəliyindən ölürlər.

Hüquq müdafiəçiləri və məhbusların yaxınları isə deyirlər ki, onlar yaxşı tibbi şəraitin olmamasından, işgəncələrdən, pis qidalanmadan və cəzaçəkmə yerlərində tapdıqları ağır xəstəliklərdən ölürlər.

ABŞ Dövlət Departamentinin illik hesabatına görə, ötən il Azərbaycan həbsxanalarında 130 məhbus ölüb.


Həbsdə ölmüş siyasi məhbusların tamamlanmamış siyahısı
(15 iyun, 1993 – 17 avqust, 2009)

No.

Sayad, Ad, Atasının adı

Mənsub olduğu təşkilat və ya, birlik

Həbsi

Ölümü

Səbəbi

1

Əhmədov Vidadi Bayram oğlu

Surət Hüseynovun işi

1994

?

?

2

Əhmədov Namiq Mövsüm oğlu

Qaranquş batalyonu

1993

05.12.95

Xəstəlik

3

Əliyev Aypara Nasrəddin oğlu

Surət Hüseynovun işi

07.10.94

22.10.95

Xəstəlik

4

Əliyev Elçin Qaraoğlan oğlu

XTPD

1995

18.09.00

Xəstəlik

5

Əliyev Rafəddin Rəhman oğlu

Talış Muğan Muxtar Respublikası

(TMMR)

08.93

?

Xəstəlik

6

Əliyev Telman Dilənçi oğlu

XTPD

1995

?

?

7

Əliyev Yusif Süleyman oğlu

AXCP

1994

01.06.01

Xəstəlik

8

Əliyev Vüqar Səməd oğlu

XTPD

1995

?

?

9

Əsədov Rövşən Aydın oğlu

Qaranqush

1993

29.01.96

Xəstəlik

10

Əsədullayev İlham Saleh oğlu

TMMR

1993

1995

Xəstəlik

11

Əskərov Səməndər Məhərrəm oğlu

Surət Hüseynovun qohumu

1996

09.00

Xəstəlik

12

Əzimov Nadir Bəhram oğlu

Surət Hüseynovun işi

1994,97

21.09.00

?

13

Əzizov Tahir

XTPD

1995

?

14

Babayev Seyfəl

Ayaz Mütəllibov

05.11.95

19.11.95

Xəstəlik

15

Bagiyev Ruslan Naği oğlu

Sadval/AXCP

1995

04.03

?

16

Baxşaliyev Faiq Eynulla oğlu

XTPD və generalların işi

1995

07.01.99

Öldürülüb

17

Budaqov Nüsrət Qasım oğlu

Surət Hüseynovun işi

05.95

10.07.95

İşgəncə?

18

Cəfərov Şahmərdan Məhəmməd oğlu

Müsavat

17.06.95

29.06.95

Yaralanıb

19

Həsənov Ramiz Mirzə oğlu

Generalların işi

2000

21.03.03

?

20

Hüseynov Əbülfəz Ajdər oğlu

Surət Hüseynovun işi

1997

?

?

21

Hüseynov Fətulla

AXCP

1994

?

?

22

Hüseynov Nəriman Muxtar oğlu

Surət Hüseynovun işi

1995?

?

?

23

Hüseynov Ramiq Hüseyn oğlu

Surət Hüseynovun işi

1994

2002

?

24

İbadov Vəlihəd Vəliağa oğlu

Generalların işi

1995

07.01.99

Öldürülüb

25

Kunqurova Fəridə

ADP

05.10.07

18.11.07

?

26

Məhərrəmov Alqayıt Valiyar oğlu

16 oktyabr 2003-cü il hadisələri

2003

17.02.03

Ürəklə bağlı

27

Məmmədov İslam

Əli Ansuxskiinin işi

1996

1999

Xəstəlik

28

Məmmədov Naib Bahadur oğlu

TMMR

08.1993

2.01.1998

Xəstəlik

29

Məmmədov Novruzəli

Jurnalist

2007

17.08.2009

Xəstəlik

30

Məmmədov Yaşar Sabir oğlu

XTPD

1995

07.01.99

Öldürülüb

31

Muradov Kamran Ağanəsib oğlu

XTPD

1995

?

?

32

Musayev Vahid Abdulla oğlu

Generalların işi

1993,95

07.01.99

Öldürülüb

33

Nağıyev Elman Tahir oğlu

Surət Hüseynovun işi

1994

1995?

Xəstəlik

34

Nəsirov Əzim

TMMR

08.93

1995

Xəstəlik

35

Novruzov Mehman

XTPD

1995?

?

?

36

Novruzov Novruz

AXCP

1993

06.02.95

Xəstəlik

37

Orudcov Elxan

Sadval

1995

2002

?

38

Qazıyev Cövdət Şahid oğlu

Şəki işi

2000

27.02.02

Xəstəlik

39

Quliyev Mehbalı Nurullah oğlu

Surət Hüseynovun işi

1995

?

?

40

Quliyev Şəmsi Həmzə oğlu

XTPD

1995?

1997

?

41

Quliyev Tarix Qeybulla oğlu

Ayaz Mütəllibovun işi

11.95

10.99

Xəstəlik

42

Qurbanov Natiq

Generalların işi

12.93?

25.05.94

Xəstəlik

43

Rüstəmov Hacı Neci oğlu

XTPD

1996

2000

?

44

Rzayev Bəhram Məmmədrza oğlu

Generalların işi

1998

10.10.00

Xəstəlik

45

Rzayev Yaqub («Qatır Məmməd»)

AXCP

1993

16.07.93

Xəstəlik

46

Səfərov Sülhəddin

Sadval

1995

?

İşgəncə

47

Səlimov Sultan Kərim oğlu

XTPD

2000

1.05.01

Xəstəlik

48

Şəfiyev Azad Niyazi oğlu

XTPD

1995

?

?

49

Şaliyev Əlihüseyn Fərman oğlu

CM Fərhad Əliyev

2005

24.08.06

İntihar

50

Şərifov Şərif

XTPD

1995?

?

?

51

Suleymanov Telman Saradjuddinoviç

Sadval

1995

08.12.96

işgəncə

52

Tağiyev Fəzail

Ədalət partiyası

2001

02.2002

Xəstəlik

53

Tağıyev Şəmistan Bəyistan oğlu

XTPD

1995

?

?

54

Ziyarov Mübariz Nazir oğlu

Sadval

1995

?

?


Həbsdən azad olunduqdan sonra vəfat edən keçmiş siyasi məhbusların siyahısı

No.

Soyad, Ad, Atasının adı

Mənsub olduğu təşkilat və ya, birlik

Həbs/azad olma

Ölümü

Səbəbi

1

Bağırov Nadir

TMMR

1993/2003

2003

?

2

Cəlilov Ehtiram

16 oktyabr 2003 hadisələri

2003/2004

18.05.05

?

3

Hacıyev Sabutay

Azərbaycan Əmək Partiyası

1995/1998

2001

Xəstəlik

4

Həsənov Tofiq İbrahim oğlu

Şəki

2000/2003

2003?

Xəstəlik

5

İsmayılov Ramiz İsmayıl oğlu

Generalların işi

1995/2003

20.04.05

Xəstəlik

6

Kərimov Zülfüqar

TMMR

1993/2003

2004

Xəstəlik

7

Mahmudov Əliasaf Rza oğlu

Əlikram Hümbətovun işi

1997/2003

31.12.03

Xəstəlik

8

Məmmədov Hadcırahim Səməd oğlu

Sürət Hüseynovun işi

1994/2001

2003

?

9

Quliyev Hacı

İslam Partiyası

1996/1996

1996

Xəstəlik

10

Sadıxlı İsmayıl Ələkbər oğlu

Müsavat

2003

21.02.07

Ürəklə bağlı

Siyahı İnsan hüquq təşkilatları federasiyası tərəfindən hazırlanıb.

XS
SM
MD
LG