Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:26

Gül və Sarkisyan Nobel mükafatına namizəd ola bilər


Türkiyə prezidenti Abdullah Gülün və onun ermənistanlı həmkarı Serj Sarkisyan
Türkiyə prezidenti Abdullah Gülün və onun ermənistanlı həmkarı Serj Sarkisyan
Türkiyə prezidenti Abdullah Gülün və onun ermənistanlı həmkarı Serj Sarkisyanın Nobel Sülh mükafatına namizəd göstərilməsi təklif edilir. Belə təşəbbüslə Ermənistanın Avropalı qurumunun rəhbəri Mişel Kempek çıxış edib.

O, bildirib ki, iki ölkə arasında nəzərdə tutulan əməkdaşlıq protokolları imzalandığı təqdirdə hər iki dövlət başçısı mükafata namizəd göstərilə bilər. Məlumatı Türkiyənin «Vətən» qəzeti yayıb.

Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılmasının Azərbaycanın milli maraqlarına cavab vermədiyini bildirib. Ankarada iftar məclisinə qatılan diplomat deyib:

«Prezident və baş nazir başda olmaqla türk rəsmilərinin ifadə etdiyi kimi Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılmayacağına inanır və buna ümid edirəm».

Avqustun 31-də İsveçrə, Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin birgə bəyanatı yayılıb.

Bu üçtərəfli sənəddə deyilir ki, Türkiyə və Ermənistan respublikaları beynəlxalq siyasi məsləhətləşmələrin başlanması haqqında razılığa gəlib.

İsveçrənin vasitəçiliyi ilə həyata keçirilən məsləhətləşmələr iki yekun protokolunun imzalanması istiqamətində aparılacaq. Bəyanata əsasən söhbət «Diplomatik əlaqələrin qurulması haqda protokol» və «İkitərəfli münasibətlərin inkişafına dair protokol» adlanan iki sənəddən gedir.

Məsləhətləşmələrin 6 həftə ərzində yekunlaşdırılması, işlənib hazırlanan yekun sənədlərinin isə iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunması gözlənilir.
XS
SM
MD
LG