Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

Türkiyə daha bir strateji müttəfiqiylə böhran yaşayır


Türkiyənin baş naziri R.T.Ərdoğan İsraillə bağlı xalqın səsini dinləyərək qərar verdiyini deyirn ardınca
Türkiyənin baş naziri R.T.Ərdoğan İsraillə bağlı xalqın səsini dinləyərək qərar verdiyini deyirn ardınca
Ötən həftə Türkiyə Qəzza zolağında fələstinlilərə qarşı apardığı əməliyyatlara etiraz olaraq, İsrail hərbçilərini ərazisində keçirilən NATO təlimlərinə buraxmadığını açıqladı. Türkiyənin TRT kanalında İsrail əsgərlərinin Qəzzadakı əməliyyatlarıyla bağlı sənədli film isə iki ölkə arasındakı münasibətləri lap gərginləşdirib.

Ərdoğan İsraillə münasibətlərdə xalqın səsini dinlədiyini deyir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail hərbçilərini NATO təlimlərinə buraxmamasını xalqın istəyiylə bağlamışdı. demişdi ki, "Hər bir siyasi iqtidarın öz seciçilərini dinləmək öhdəliyi var. Biz də, bu məsələdə qərar verəndə xalqımızın səsini dinlədik".

Amma nəticədə oktyabrın 12-dən 23-nə kimi keçirilməli olan təlimlər elə NATO-nun özü tərəfindən təxirə salındı. Çünki öncə İtaliya, sonra da ABŞ İsrialin olmadığı təlimlərə qatılmaqdan imtina elədi. Sonra Türkiyə dövlət tv-lərində- TRT Fələstinli uşağı öldürən israil əsgərlərinin görüntülərini yaydığı üçün İsrail Ankaraya nota da verdi. Və İsraillə araları yaxşı olmayan Suriya Türkiyəylə hava təlimlərində iştirak etmək istədiyini bildirdi.

Türkiyə-İsrail münasibətlərindəki gərginlik bütün regionda qüvvələr nisbətini dəyişəcək

Ankarayla Tel-Əviv arasındakı uzun illər möhkəm olan münasibətlərdəki bu gərginliyi bir çox ekspertlər bölgədəki güc balansını dəyişəcək zəlzələ olduğunu düşünür. Və deyirlər ki, Türkiyənin İsraillə arasının açılması türk generallarının artıq hpkumətin xarici siyasətinə təsirinin azalmasıyla da bağlıdır. Çünki, Kembric Universitetinin Yaxın Şərq eksperti Corc Coffin fikrincə, İsraillə Türkiyə arasındakı əvvəlki müttəfiqlik daha çox ölkə hərbçilərinin müəyyənləşdirdiyi hədəflər üçün lazım idi.

"Sözsüz ki, bu münasibətlər uzun illər boyu çox güclü olub və hər iki ölkə üçün strateji önəm daşıyıb. İsrail üçün bu daha əhəmiyyətli idi. Bu əməkdaşlıq İsrailə imkan verirdi ki, regiondakı proseslərin içində olsun. Bu İsrailə imkan verirdi ki hava qüvvələrini gücləndirmək üçün Türkiyə səmasından istifadə eləsin və Türkiyə ordusunun təhcizatında yardım eləməklə hərbi sənayesini inkişaf etdirsin".

Əslində Türkiyəylə İsrailin münasibətləri indi yox, ötən ilin dekabrından soyumağa başlayıb. İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarında 1000-ə yaxın dinc sakinin həlak olmasından sonra. BMT Təhlükəsizlik Şurasının ancaq indi müharibə cinayəti adlandırdığı həmin olaylara görə, Türkiyə Baş naziri Davos sammitində İsrail prezidenti Şimon Perezlə söz savaşına girib, sammiti tərk eləmişdi.

O zaman Türkiyə və regiondakı ekspertlər bu adımmın daha çox daxili publikaya, bələdiyyə seçkilərinə təsir eləmək məqsədi daşıyan populism olduğunu düşünürdü. Doğrudan dab u Ərdoğanın partiyasının seçkidəki qələbəsinə yardım elədi. Amma Türkiyənin İsraillə son gərginliyi təkcə Qəzza olaylarıyla bağlı deyil.

Gərginlik təkcə Fələstinlə bağlı deyil

Parisdəki Beynəlxalq münasibətlər İnstitutundan Türkiyə üzrə ekspert Dorati Şmidt deyir ki, Ankara Tel-Əvivə başqa şeyə görə görə açıqlıdır. Bütün 2008-ci il boyu türk diplomatları Suriya və İsrail arasında vasitəçilik eləyrdilər. Amma bu ilin yayında İsraildə hakimiyyətə gələn millətçilər əvvəl verdikləri sözlərdən imtina edib, Ankara da Tel-Əvivin onları aldatdığını düşünür. Üstəlik, İsrailin hərbi aviasiya şirkətlərindən biri artıq bir neçə ildir ki, Türk ordusu üçün 140 milyon dollarlıq pilotsuz təyyarələr sifarişini yerinə yetirməyi çatdırmayıb.

Türkiyə İslam dünyasının lideri və regionun güc mərkəzi olmaq istəyir
Ermənistanla yaxışlama da da Türkiyənin bu iddialarından xəbər verir....

Nyu York Tayms qəzetinin şərhçisi Stifen Kinzerin fikrincə isə, əslində Ankaranın Yerevanla yaxınlaşma siyasəti və İsraillə arasının soyuması təsadüfi deyil. Uzun müddət regionda səsiz qalan Türkiyə artıq daha ambisiyalıdır. Qonşuları ilə münasibətlərin idüzəldib, özünü bütün dövlətlərə eyni məsafədə tutmaqla – türk diplomatlar regionda daha aktiv rol oynamaq istəyir. Kinzerin fikrincə bu gün doğrudan da türkləri həm Moskva, həm Tbilisi, həm Suriya,həm İsrail, həm Amerika-həm də İranda normal qarşılayırlarsa, demək Türkiyə ABŞ-ın edə bilmədiyini edir. Kinzer deyir ki, regionun digər müsəlman ölkələrinə baxanda Türkiyənin islam dünyasına liderlik etmək potensialı da daha böyükdür. Və Ermənistanla münasibətləri həll eləyəndən sonra, Kipr probleminin üstünə düşsə, ölkədəki milli və dini azlıqların haqlarını təmin eləyib, söz azadlığını təmin eləsə Türkiyə doğrudan da bu məqsədə nail ola bilər.
XS
SM
MD
LG