Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:22

İqtisadi uğur nə vaxt xalqın rifahına gətirmir?


Çinin iqtisadi uğurlarına baxmayaraq, Çin əhalisinin rifahı Rusiyadan da aşağıda 75-ci yerdədir
Çinin iqtisadi uğurlarına baxmayaraq, Çin əhalisinin rifahı Rusiyadan da aşağıda 75-ci yerdədir
«Guardian» qəzetinin jurnalisti Martin Cakues kitab yazıb ki, belə getsə, avtokratlar dünya iqtisadiyyatını idarə edəcək. Kitab «Çin idarə edəndə» adlanır.

Jurnalistin fikrincə, 2050-ci ilə Çin iqtisadiyyatı dünyada birinci yerə çıxacaq. Bunun bir nəticəsi o ola bilər ki, dünya ölkələri Çini nümunə götürə bilərlər.

«YENİ KAPİTALİZM BRENDİ»

Çinin iqtisadi uğurları hətta dünyanın aparıcı kapitalistləri Bill Qeyts və Uorren Baffetə də təsir eləyib. Qeyts Çin modelini «yeni kapitalizm brendi» adlandırır.

Amerikanın «Forbes» jurnalı britaniyalı jurnalistlə razı deyil. Jurnal yazır ki, Çün uzunmüddətli nümunə ola bilməz, çünki dünyanı varlanmağa aparan yol avtokratiyadan və xalqı sıxışdırmaqdan keçmir. Əhalinin vəziyyəti təkcə daxili məhsulla ölçülmür.

Jurnal yazır ki, bu yaxınlarda çıxan Legatum «rifah indeksi» göstərir ki, 104 ölkə arasında xalqının rifahına görə birinci 20 yerdə olanların hamısı çiçəklənən demokratiyalardır.

İstisna 18-ci yerdə olan Honq Konqdur. Bura tam demokratik hesab olunmasa da, hər halda demokratiya Çindən qat-qat çoxdur.

Başqa istisna 23-cü yerdə olan Sinqapurdur. Sinqapurda Konfutsi üslubunda avtokratiyadır.

XALQIN RİFAHINI ƏN YAXŞI TƏMİN ELƏYƏN ÖLKƏLƏR HANSILARDIR?

«Forbes» yazır: «Xalqın rifahını ən yaxşı təmin eləyən kiçik, demokratik dövlətlərdir. Bunlar Finlandiya, İsveçrə, İsveç, Danimarkadır».

Nisbətən böyük olan Avstraliya ( Legatum cədvəlində 6-cı yer) və Kanada (7-ci yer) isə sübut eləyir ki, demokratiya güclü olanda ölkənin böyüklüyü də problem deyil.

«Forbes» yazır: «Amerika kimi meqadövlətdə isə ölkənin böyüklüyü təbii ki, problem yaradır. Hamını eyni səhiyyə, təhlükəsizliklə təmin etmək olmur. Ancaq demokratik institutlarına görə dünyada birinci yerdə olan Amerika öz xalqına kifayət qədər yüksək - 9-cu yerdə olan rifah təmin eləyir».

«Forbes» demokratiya və xalqın rifahı arasında əlaqəyə ən yaxşı misal kimi İranı çəkir.

İranda nəhəng təbii sərvətlər var, əhalisi yaxşı təhsil alıb. Ancaq xalqın rifahına görə 94-cü yerdədir. Niyə? Çünki demokratik deyil.

İqtisadiyyatla götürülsə, Rusiya əhalisi gərək rifahda 39-cu yerdə ola, ancaq 69-cu yerdədir. Çünki demokratiya, şəxsiyyət azadlığı, şəxsi təhlükəsizlik və korrupsiya problemi var.

Çinin iqtisadi uğurlarına baxmayaraq, Çin əhalisinin rifahı Rusiyadan da aşağıda 75-ci yerdədir. Halbuki Çin iqtisadi əsaslarla götürülsə idi, dünyada 29-cu yerdə olmalı idi.

«Forbes» sonda yazır: «Avtokratlar qısa məsafəni qaça bilərlər, uzun məsafədə onlar demokratik idarəçiliyə rəqib deyillər».
XS
SM
MD
LG