Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:52

«Şiroko şaqaet» Şirak


Keçmiş Fransa prezidenti Jak Şirak
Keçmiş Fransa prezidenti Jak Şirak
Fransanın keçmiş prezidenti Jak Şirak məhkəmə qarşısına çıxmalıdır.
Bu qərarı istintaq materilalarını araşdıran hakim verib.

İstintaq materiallarında söhbət Şirakın Paris meri olduğu vaxt meriya büdcəsindən meriyaya işləməyən adamlara pul ödəməsindən gedir.
Həmin şəxslər meriyadan çox, Şiraka və onun partiyasına işləyirdilər.
Şirak mövcud olmayan vəzifələrə görə çoxsaylı şəxslərə maaş, mükafat verməkdə şübhəli sayılır.

Hazırda 76 yaşı olan Jak Şirak 1977-ci ildən 1995-ci ilə, prezident seçilənə kimi Paris meri olub.
Şirak 2007-ci ildə Fransa prezidentliyindən gedəndə onun toxunulmazlığı ləğv olunub.

Fransada indiyədək heç bir keçmiş prezident korrupsiyada ittiham olunaraq cəzalanmayıb.
Şirak günahkar bilinsə, onu 10 il həbs cəzası gözləyir.

Maraqlıdır ki, Şirak prezident olanda onun daxili işlər naziri olmuş Şarl Paskua 3 gün bundan qabaq 1 il həbs cəzası aldı.

Paskua nazir olanda bir silah alverçisindən rüşvət almaqda və həmin adama dövlət mükafatları verdirməkdə təqsirkar bilindi.

Şirakın keçmiş baş naziri Dominik de Villepin də məhkəmənin qərarını gözləyir. O 2007-ci ilin prezident seçkilərində rəqibi Nikola Sarkoziyə şər atmaqda ittiham olunur.

Şirakın merliyi təhvil verdiyi keçmiş Paris meri Jan Tiberi isə 1990-cı illərdəki seçki saxtakarlığında günahkar bilinib və 10 aylıq həbs cəzası alıb.

Şirak isə prezidentlikdən gedəndən sonra mədəniyyətlər arasında dialoqdan kitablar yazır.

Onun Parisin mərkəzində yaşadığı ev də özününkü deyil. Şirak Livanın öldürülən keçmiş baş naziri, milyardçı Rafik Həririyə məxsus binada yaşayır.
XS
SM
MD
LG