Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:45

Azərbaycanda rejimi tənqid edənlərin həbsinə etiraz


Avropa Şurasında Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi Christoph Straesser
Avropa Şurasında Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi Christoph Straesser
Christoph Straesser, Avropa Şurasında Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi bu ölkədə rejimi tənqid edən iki nəfərin azadlıqdan məhrum edilməsinə dair qərarı münasibətilə bəyan edir:

Bundestaqın Sosial-Demokrat partiyası fraksiyası Emin Milli və Adnan Hacızadənin xuliqanlıqda ittiham edilərək 2 il 6 ay və 2 il müddətinə azadlıqdan məhrum edilməsinə kəskin etirazını bildirir. Onlar barədə verilən hökm rejimdən narazı olan digər insanlara xəbərdarlıq kimi qiymətləndirilir. Məhkəmə prosesi tamamilə uydurma, ittiham tərəfinin şahidlərinin ifadələri isə utandırıcı və ziddiyyətli olub.

Emin Milli və Adnan Hacizadə Azərbaycan sivil toplumunun fəal nümayəndələridirlər və onlar öz internet bloqlarında ölkələrinin siyasi durumunu tənqid ediblər. Onlar sadəcə öz fikir azadlığı hüquqlarından istifadə ediblər. Odur ki, SPD fraksiyası onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

Prezident Əliyevin hökuməti jurnalistlər, bloqqerlər və müxalifət nümayəndələri ilə qaba rəftarına görə tanınır. Emin Milli və Adnan Hacızadənin simasında iki nəfər tanınmış və xaricdə geniş şəbəkəyə malik olan tənqidi düşüncəli insanı həbs etməklə bu hökumət öz nüfuzunu heç də yaxşılaşdırmadı. Avropa Şurası, Avropa İttifaqı və ATƏT onların azad olunması üçün birmənalı şəkildə çıxış ediblər. Azərbaycandakı siyasi məhbuslara dair mütəmadi olaraq hesabat hazırlayan AŞPA indi daha iki siyasi məhbusun işi ilə məşğul olacaq. Emin Milli və Adnan Hacızadə qurama cinayət işi və böhtan sayəsində Azərbaycan həbsxanalarında otura yeganə müxaliflər deyillər.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG