Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

Fuentes Fidel Kastronu «biabır edən» yeni roman yazıb


Hazırda Amerikada yaşayan məşhur Meksika yazıçısı və jurnalist Norberto Fuentesin “Fidel Kastronun avtobioqrafiyası” adlı romanı çapdan çıxıb.

Bu haqda “New York Times” qəzeti məlumat yayıb və əsəri yüksək qiymətləndirib.

Əsərdə baş qəhrəman öz həyatının hekayətini özü danışır. Bu, özünü inqilab lideri kimi görən, lakin nə inqilaba, nə onun ideologiyasına, nə ölkəsinə, nə də xalqına sadiq olan bir makiavelliçi eqoistdir.

Bundan başqa əsərin ən maraqlı hissələrindən biri Kastronun Ernesto Çe Gevaraya paxıllığı ilə bağlıdır.

Kastro ilə birlikdə Kuba inqilabının rəhbərlərindən olmuş Çe Gevaranın xarizmatik aurasını, onun şəkillərinin çox populyar olmasını gözü götürməyən Kastro silahdaşını belə xarakterizə edir: “O həmişə həlledici məqamlarda ciddi sifətilə zühur edən bəxtəvər vələdüzna idi”.

Kastro “bu ada bizim ikimiz üçün dardı” deyir.

Fuentes Kastronu yaxşı tanıyır.

Fuentes vaxtilə Kastronun dostu və silahdaşı olub, amma sonradan ölkədən qaçmağa cəhd edərkən həbs olunub.

1994-cü ildə yazıçı Qabriel Qarsia Markesin köməyi ilə azadlığa buraxılıb.
XS
SM
MD
LG