Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

Oğru və fahişə olmalarını istəmirsinizsə, onlara iş verin


Binə qəsəbəsində internat məktəbi, 01 yanvar 2009
Binə qəsəbəsində internat məktəbi, 01 yanvar 2009
DÖVLƏTİN ELAN ELƏDİYİ UŞAQ İLİNDƏN UŞAQLARA NƏ QALDI?

«Uşaq ilində əldə olunan nəticələrdən razı qala bilmərəm». Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev dövlət tərəfindən elan olunan Uşaq ilinin yekunlarına həsr olunmuş müzakirələrdə belə deyir. Onun fikrincə, Azərbaycanda uşaqların müdafiə sistemi çox zəifdir və bu sahədə qanun vericiliyin təkmilləşdirilməsinə ehtiyac var.

«Hər kəsin haqqı var» proqramının uşaq ilinin yekunlarına həsr olunmuş buraxılışında qonaq olan Nazir Quliyev deyir ki, indi valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsini nəzərdə tutan qanunun 80 faizi işləmir.

İNTERNAT UŞAĞI TORPAQ ALA BİLƏR?

«Bir uşaq var, universitetin pullu şöbəsinə qəbul olub, amma onu təhsil haqqından azad etmirlər. İndi birinci kursu birtəhər həll etmişik. Amma ikinci kurs ödənilməsə, onu universitetdən xaric edəcəklər. Çünki bu məsələ qanunda açıqlığı ilə göstərilməyib. Qanunda belə uşaqlara torpaq sahəsinin ayrılması ilə bağlı müddəa var. Amma müəssisədən çıxan uşağın pulu hardandır ki, hərracda iştirak etsin?»

ORDAN ÇIXAN QIZLAR POTENSİAL İNSAN ALVERİ QURBANIDIR

N.Quliyev uşaq müəssisələrində olanların sonradan müasir dövrün tələblərinə uyğun peşə sahibi ola bilmədiklərini də qeyd edir:

«Qızlar ordan çıxıb insan alveri qurbanı olurlar. Yaşamağa, işləməyə yerləri yox. Cəmiyyətin də münasibəti birmənalı deyil. Sanki müəssisəyə düşməsi onların günahıdır. Halbuki, bu, elə valideynlərin öz günahı ucbatından baş verir. Erkən yaşda nikah qurub uşaq sahibi olurlar, sonra da boşananda bu uşağa lazımız əşya kimi baxıb onu müəssisəyə verirlər».

«MƏN UŞAQ İLİNİN KEÇİDİYİNİ HİSS ETMƏDİM»

İnternatdan çıxan Rauf ev tapa bilmir, 30 yanvar 2009
Mən bu 12 ay ərzində Azərbaycanda uşaq ili olduğunu hiss eləmədim. Bunu iki uşaq atası Şahin Nəbiyev deyir. Ailə başçısı bildirir ki, 2009-cu ilin uşaq ili olması haqqında eşidib. Amma bu ilin onun ailəsinə heç bir halda təsiri olmayıb:

«Bizim evdə iki uşaq var, onları bağçaya aparırıq. Amma bu il ərzində uşaqların hansısa tədbirə qatılmasını, pulsuz müayinədən keçirilməsini, onlar üçün şənlik qurulmasını, kitab paylanmasının şahidi olmadım. Bəlkə də olub, mən eşitməmişəm. Qardaşım uşaqları məktəbdə oxuyur. Onların da hansısa tədbirə qatıldığını eşitməmişəm».

TƏDBİRLƏR BÜTÜN RESPUBLİKANI ƏHATƏ EDİB

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin hüquq təminatı bölməsinin rəhbəri Taliyə İbrahimova 2009-cu il ərzində uşaq ili çərçivəsində görülən tədbirlərin bütün respublikanı əhatə etdiyinin bildirir.

«Müxtəlif qurumlar QHT hətta beynəlxalq təşkilatlar tərəfindən geniş miqyaslı tədbirlər - festivallar, rəsm sərgiləri, konsertlər təşkil olunub. Hətta qaçqın və məcburi köçkün uşaqların sağlamlığını müayinəsi Uşaqlar haqqında məlumat bankının hazırlanması üçün də mühüm işləri görülüb. Maarifləndirmə işlərinə xüsusi əhəmiyyət verilib».

İNTERNAT UŞAQLARININ MƏNZİLLƏ TƏMİNATI

Taliyə İbrahimovanın sözlərinə görə, bu il ərzində uşaq müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, orda qalanların həyat səviyyəsinin yaxşılaşdırılması, əlil uşaqların reabilitasiyası üçün xeyli işlər görülüb:

«Xüsusilə də Heydər Əliyev fondunun bu sahədə tədbirləri diqqətəlayiqdir. Fond İnternat evlərinin tərk edən qızlar üçün sığınacaq yaradıb. Onların məşğulluğu üçün yerlər hazırlanıb. İnternat evlərindən çıxan uşaqları mənzillə təmin olunması da qanunla nəzərdə tutulub. Amma bu sahədə ciddi problemlər var. Buna görə də Ailə Qadın və Uşaq Məsəlləri ilə komitə hökumətə təkliflərini göndərib».

UŞAQLARI DÖYMƏYİ TƏRBİYƏ KİMİ QİYMƏTLƏNDİRİRLƏR

Uşaqlara qarşı zorakılıq hallarının önlənməsinə gəlincə, komitə nümayəndəsi bu sahədə də profilaktik tədbirlər nəzərdə tutulduğunu deyir:

«Qızlar ordan çıxıb insan alveri qurbanı olurlar»
«Çalışırıq ki, ən əvvəl ailələrlə işlər aparaq. Bəzi hallarda bu sahədə ölüm halları da var. Xoşbəxtlikdə Azərbaycanda bu statistika çox cüzidir. Amma hələ də ailələrdə uşaqların döyülməsi tərbiyə metodu kimi qəbul edilir».

KİMSƏSİZ UŞAQLARA İŞ LAZIMDIR

Əlil və kimsəsiz uşaqlara qayğı ictimai birliyinin rəhbəri Zərifə Quliyeva isə hazırda uşaq evlərindən çıxan 70 nəfərin işləməsinə ehtiyac var.

«İndiyə qədər 12 uşağı işlə təmin etmişik 4-5 nəfəri çıxmaq şərtilə hamısı texniki işlərdir. Çünki onların ali təhsili olmadığına görə, yaxşı işə düzələ bilmirlər. Biz onlar üçün ingilis dili, tikiş, kompüter, rəsm kursları açmışıq ki, daha yüksək maaşlı işlərlə təmin edək».

Z.Quliyeva deyir ki, İnternatı bitirəndə heç kimin bu uşaqları işlə təmin etməyə qanuni əsası yoxdur. Ona görə də bu uşaqları işə götürəndə onlarla bağlanmır: «Uşaqların əksəriyyəti 5-5, 10-10 yataqxanada qalırlar. Valideyni olanlar onların yanına qayıdırlar. Belə bir sereotip də yaranıb ki, onların, çoxusu oğru və fahişədir. Bu da bizə bu uşaqları işə düzəltməyə mane olur».

UŞAQ EVLƏRİNƏ YEMƏK APARIB ONLARI DİLƏNÇİLİYƏ ÖYRƏŞDİRİRLƏR

Müsahibimiz bildirir ki, uşaq evlərinə yemək və paltar aparılması böyük səhvdir. Çünki bu, onları dilənçilik prinsipinə öyrəşdirir: «Bu uşaqlarda vuruşmaq stimulunu alır. Qızlar görürlər ki küçə süpürməyə görə 5 manat, barda xidmətə görə 20-30 manat verirlər, barda işləməyi seçirlər, onların da mənəvi gücləri olmur ki, birinci yolu seçsinlər».
XS
SM
MD
LG