Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

«Naxçıvanda ikinci Nardaran yaratmaq istəyirlər»


Əkrəm Əylisli: «Danışsam, deyəcəklər Vasif Talıbovun adamıdır»
Əkrəm Əylisli: «Danışsam, deyəcəklər Vasif Talıbovun adamıdır»
«Bizim Yol»: 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputat seçilən xalq yazıçısı Əkrəm Əylisli Bənənyar hadisələrinə münasibət açıqlayıb.

Baş verən olaylarda bəzi qüvvələrin əli olduğunu deyən deputat bildirib ki, Naxçıvanda ikinci Nardaran kəndi yaratmaq istəyirlər: «Naxçıvanda ikinci Nardarana nə ehtiyac var? Mən, ümumiyyətlə danışmaq istəmirəm. Danışsam, deyəcəklər Vasif Talıbovun adamıdır. Barəmdə onsuz da ağıllarına gələni yazırlar».

«Azadlıq»: «Diffamasiya haqqında» qanunun qəbulundan niyə çəkinirlər?»

Arif Əliyev: «Ölüm hökmü ləğv ediləndə də düşünürdülər ki, bu, cinayətlərin artmasına gətirib çıxaracaq».

«Yeni Müsavat»: Hakimiyyətin qorxulu seçki sürprizləri

Parlament və mer seçkiləri eyni gündə keçiriləcək; başqa bir ssenariyə görə deputatların sayı da artırıla bilər.

«Şərq»: Bu gün Ermənistanda protokollar müzakirəyə çıxarılacaq

Türkiyədə isə sənədlərin təsdiqi yönündə heç bir hazırlıq yoxdur.

«Bakı Xəbər»: Banklar rayonlulara kredit vermir

Özəl bankların regionlara kredit ayırmaqdan çəkinməsinin ciddi səbəbləri var imiş. Vüqar Bayramov: «Regionlarda girov qoyulan əmlakın satılması problemi olduğundan, banklar bölgələrə elə də diqqət yetirmir».

«Azərbaycan»: Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir

«Lakin bəzi sahibkarlar bu sahədə şəxsi maraqlarını dövlət siyasətindən üstün tuturlar»

«Yeni Azərbaycan»: Siqaretsiz mühit

Musa Quliyev: «3 milyon insanı əhatə edəcək qanun imzalandığı gündən qüvvəyə minəcək»
XS
SM
MD
LG