Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

«Soçi görüşünə müəyyən ümidlər var»


Ə. Həsənov bildirib ki, son iki ildə həm Rusiyanın, həm ABŞ-ın, həm də Fransanın səyləri əvvəlkindən daha çox və fəaldır
Ə. Həsənov bildirib ki, son iki ildə həm Rusiyanın, həm ABŞ-ın, həm də Fransanın səyləri əvvəlkindən daha çox və fəaldır
«Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçiriləcək görüşünə müəyyən ümidlər var». Yanvarın 22-də Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə deyib.

Ə. Həsənov bildirib ki, son iki ildə həm Rusiyanın, həm ABŞ-ın, həm də Fransanın səyləri əvvəlkindən daha çox və fəaldır:

«Müəyyən səylər müşahidə olunur, amma hələlik Ermənistana ciddi təzyiq görünmür. Təzyiq olmadan da Ermənistanı və onun danışıqlarda iştirak edən rəhbərliyini göstərdiyi qeyri-konstruktiv mövqedən çəkindirmək çətindir».

Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçıları Soçidə yanvarın 25-də görüşəcəklər.
XS
SM
MD
LG