Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:50

İnternetə video qoyan milis zabitini tutdular


Keçmiş polis mayoru Aleksey Dımovski, 3 dekabr 2009.
Keçmiş polis mayoru Aleksey Dımovski, 3 dekabr 2009.
Rusiyada youtube internet portalına video yerləşdirmiş keçmiş polis zabiti həbs olunub. O, videosunda Novorossiysk daxili işlər idarəsində xroniki korrupsiya olduğunu iddia edirdi.

Rusiyanın baş prokurorluğu keçmiş zabit Aleksey Dımovskinin saxtakarlıq və vəzifədən sui-istifadə etməkdə ittiham edir. Dımovskinin özü isə bu ittihamın əsassız olduğunu deyir.

Keçən ilin ilin noyabrında internetə öz çıxışının videosunu yerləşdirən mayor Dımovslikeçmiş Baş nazir Vladimir Putini korrupsiya ilə mübarizə aparmağa çağırmışdı. Onun videoçarxı tezliklə populyarlaşaraq ən çox baxılan videolar sırasına çıxmış, beynəlxalq medianın diqqət mərkəzində olmuşdu. O, Novorossiyskdəki milis rəislərini ittiham edirdi ki, onlar yüksək statistika əldə etmək üçün tabeçiliklərində olan milis əməkdaşlarını günahsız adamları tutumağa məcbur edirlər.

Dımovskini məşhur edən videoya burada baxın.
XS
SM
MD
LG