Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:24

«Gənclərə azad toplaşmağa icazə verilməsini müsbət qiymətləndiririk»


ABŞ Səfirliyinin sözçüsü Terri Devidson
ABŞ Səfirliyinin sözçüsü Terri Devidson
«Biz, həqiqətən, gənc azərbaycanlılara azad toplaşaraq azad şəkildə öz fikirlərini çatdırmağa icazənin verilməsini müsbət irəliləyiş kimi qiymətləndiririk. Biz ümidvarıq ki, müxtəlif düşüncəli insanların azad toplaşma və söz azadlığı hüquqlarından istifadə olunmasını görəcəyik».

Bu, ABŞ Səfirliyinin sözçüsü Terri Devidsonun Azərbaycan tələbələrinin səfirlik qarşısındakı keçirdikləri aksiyaya münasibətidir.

Martın 11-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası baş tutub.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası


İttifaq üzvləri Dövlət Departamentinin hesabatında narkomanların 30-35 faizinin Azərbaycanda təhsil alan tələbələr olması barədə səslənən fikirlərə etiraz əlaməti olaraq toplaşıblar.
Aksiyada «Tələblərə böhtan atmayın!», «ABŞ Dövlət Departamentinin qərəzli hesabatına «yox» deyirik!», «Ədalətsiz hesabat!» və sairə şüarlar səslənib.

ABŞ Səfirliyinin sözçüsü Terri Devidson AzadlıqRadiosuna deyib ki, dinc yolla etiraz bildirmək problem deyil:

«Siyasət və hesabatlarla razı olmamaq problem deyil. Belə formada fikirlərin ictimaiyyətə ifadə olunması Vaşinqtonda, demokratiyanın mövcud olan şəhərlərində və bütün dünyada hər gün baş verir».

Onun sözlərinə görə, bu hesabatda yer alan fikirlərlə əlaqədar Azərbaycan Təhsil Naziri ilə də görüşüblər:

«Biz, bir qrup etirazçının narkotiklərin istifadəsinə aid olan illik hesabata görə etirazlarını yaxşı başa düşürük. Biz, həqiqətən, bir həftə bundan öngə bu məsələni müzakirə etmək üçün Azərbaycan təhsil naziri ilə görüşmüşdük. Biz hesabatın dəqiq olmasını nəzərdən keçiririk».
XS
SM
MD
LG