Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:00

Casus axtarışı xalqın dəstəyi üçün nə fayda verdi?


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
ABŞ-ın Harvard Universitetinin ictimai siyasət üzrə məzunu Bəxtiyar Hacıyev bu sualı qaldırır və deyir ki, bu, həm kənar müşahidəçiləri, həm də partiyaya yaxın insanları yorur, uzaqlaşdırır və ruhdan salır.

«Neçə nəfər bitərəf, yaxud müstəqil baxışlı insan bu müzakirələrdən sonra partiyalara üzv olub?»

Bu suallar da Bəxtiyar Hacıyev üçün açıq qalıb. O hesab edir ki, «sanki müxalifət partiyalarının liderləri çox kiçik bir müxalif elektoratı qazanmaq uğrunda kəskin mübarizəyə başlayıb»:

MÜXALİFƏT
MESAJINI POTENSİAL SEÇİCİSİNƏ ÜNVANLASA...

«Halbuki hər bir cəmiyyətdə, eləcə də bizdə, iqtidar tərəfdarı olmayan və ya müxalifət tərəfdarı olmayan çox böyük bir təbəqə var. Müxalifət partiyaları daxildə həddən artıq narazı elektorat uğrunda çalışmaqdansa, müəyyən qədər passiv, amma potensial seçicilər ola biləcək insanlara öz mesajlarını ünvanlasalar, daha çox rəğbət qazanacaqlar».
Əbülfəz Qurbanlı


14-24-ün digər qonağı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə hesab edir ki, xaricdən ölkəyə baxıb siyasi proseslər haqqında danışmaqla, prosesin içində olmaq fərqlidir:

«Xaricdə bu prosesləri izləyib mövqeyini ortaya qoyan gənclər var. Mən Bəxtiyarın mövqeyini onların içərisində müsbət hesab edirəm. Amma mən də Bəxtiyar kimi uzaqdan baxıb onlar haqqında ümumi danışa bilərəm, qurunun oduna yaşı da yandıra bilərəm».

PARTİYALARIN MÜNASİBƏTİ GƏNCLƏR TƏŞKİLATLARINA NECƏ TƏSİR EDİB?

Əbülfəz Qurbanlı deyir ki, müxalifət partiyalarının liderləri arasındakı gərginlik gənclər təşkilatları arasında ciddi bir problem yaratmayıb:

«Hərdən ayrı-ayrı üzvlərin məsələlərə kobud müdaxiləsi olur, O zaman, məsələn, mən Tural bəylə əlaqə saxlamışıq, bu problem aradan qaldırılıb. Biz AXCP Gənclər Komitəsi və Partiya olaraq birlik istəyirik. Bizim fikrimiz budur ki, Azadlıq Bloku və Müsavat partiyası bu prosesdə birgə iştirak etməlidir. Bu mövqeyimizi fəal ictimaiyyətin çox böyük kəsimi dəstəkləyir».

Tural Abbaslı
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı həmkarı ilə razılaşmır:

«Müsavat Partiyası həmişə birliyin real qüvvələr arasında, resurslara malik qüvvələr arasında olmasının tərəfdarıdır. Bu hakimiyyətin dəyişməməyinin səbəbkarı müxalifətin birləşməməyi deyil, hakimiyyətdir».

MÜSTƏQİL GƏNCLƏR KİMİNLƏ ƏMƏKDAŞLIQ ETMƏK İSTƏYİR?

İctimai fəal gənclərdən Araz Önər düşünür ki, müxalifət partiyaları arasındakı dartışmalar əbəsdir:

«Məncə, bu dartışmalar mənasız enerji sərfidir. İlin əvvəlində mən və mənim kimi digər müstəqil gənclər də müxalifətin parlament seçkilərində qələbə qazanmasına ümidi çox idi. getdikcə bu ümidlər ölməyə başlayır. Ancaq düşünürəm ki, hələ son deyil. Bir çox gənc var ki, seçkilərin demokratik keçirilməsi yolunda istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazırdır».

Verilişi dinləsəniz, xəbər tutacaqsınız ki...

Bəxtiyar Hacıyev
: «Liderlər siyasətdəki bütün ittihamlara cavab versə, onda...»

Tural Abbaslı:
«Gənclər təşkilatımız da onların gənclər təşkilatı ilə siyasi heç bir əməkdaşlıq etmir və etməyəcək də. Çünki bu, partiyanın qərarıdır».

XS
SM
MD
LG