Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:02

ABŞ rəsmisi bloqqerləri azad etməyə çağırır


Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Yan Kelli ATƏT-in Vyanadakı Daimi Şurasına məktub göndərib. Məktubda o, bir daha Azərbaycanda həbs edilmiş bloqqerlər Adnan Hacızadə və Emin Milli haqqında məsələ qaldırıb:

««Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidin azad edilməsini alqışlayırıq. Onun sərbəst buraxılması müsbət addım oldu, lakin biz həbs edilmiş bloqqerlər və gənc fəallar - Adnan Hacızadə və Emin Millinin əfv edilmədiyinə görə dərin təəssüf hissi keçiririk.

Biz əvvəlki kimi Azərbaycan hakimiyyətini Hacızadə və Millinin məsələsini Azərbaycanın beynəlxalq öhdəliklərinə və ölkə hökumətinin demokratik institutların və vətəndaş cəmiyyətinin inkişafı haqqında bəyan etdiyi məqsədlərinə uyğun şəkildə həll etməyə çağırırıq». /Turan/

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan bloqqerlər Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar həbslərinin sifarişli olduğunu düşünür.
XS
SM
MD
LG