Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:27

İnsan haqları Çavuşoğlunun diqqətində olacaq


Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu bildirib ki, keçirəcəyi görüşlərdə demokratikləşmə, insan haqları, eləcə də regional münaqişələrin həlli məsələlərini diqqətdə saxlayacaq

Bakıya rəsmi səfərə gələn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin bu qurumdakı nümayəndə heyətiylə görüşüb.

M.Çavuşoğlu bildirib ki, Bakıda keçirəcəyi görüşlərdə demokratikləşmə, insan haqları, eləcə də regional münaqişələrin həlli məsələlərini diqqətdə saxlayacaq. Onun sözlərinə görə, AŞPA-nın siyasi komitəsində Dağlıq Qarabağla əlaqədar alt komitənin fəaliyyəti məsələsi bu gün də aktuallığını saxlayır.

M.Çavuşoğlu xatırladıb ki, Avropa Şurasına üzv ölkələr təşkilatın qərar və qətnamələrinin yerinə yetirilməsi barədə öhdəlik götürüblər və Avropa Şurası bu öhdəlikləri yerinə yetirməkdə və Avropaya inteqrasiyada köməklik göstərəcək.

AŞPA sədri parlamentdə təmsil olunan partiya rəhbərləriylə də görüşüb. Bu gün onun müxalifət nümayəndələriylə də görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG