Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:39

Əli Həsənov ABŞ-dan narazıdır


Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair siyasətindən razı olmadığını açıqlayıb. O, ABŞ-ı və bəzi ölkə institutlarını Ermənistana dəstək verməkdə suçlandırıb.

Əli Həsənov deyib ki, son zamanlar Amerika hökumətinin siyasəti Ermənistanı çətin sosial-iqtisadi vəziyyətdən çıxarmağa yönəlib və qonşu dövlətlərə, digər ölkələrə təzyiq göstərirlər ki, Ermənistanla siyasi, iqtisadi-sosial münasibətlər yaratsınlar.

Şöbə müdiri bildirib ki, əgər ABŞ doğrudan da bu bölgədə sülhün yaranmasını, münaqişənin həllini istəyirsə, Ermənistanı işğalçılıq siyasətindən imtinaya məcbur etməlidir.
XS
SM
MD
LG