Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:50

«Əsgərlər döyüşür, artistlər sərhədləri açır»


Yerevanda «Moskva» kinoteatrı
Yerevanda «Moskva» kinoteatrı
Ermənistanın Milli Kino Mərkəzi bu il Beynəlxalq Kann Festivalına 8 animasiya, 4 sənədli, 12 debüt, 3 qısametrajlı və 8 tammetrajlı bədii film - ümumilikdə, 35 kinolent təqdim edəcək.

Ermənistan ilk dəfə Kann festivalında ötən il çıxış edib.

2009-cu ilin yekunları barədə danışan Milli Kino Mərkəzinin direktoru Qevork Qevorkyan deyir ki, iqtisadi böhrana baxmayaraq 2009-cu il Ermənistanın kino xadimləri üçün uğurlu olub.

Dövlət büdcəsindən ayrılan 1 milyon dollara yaxın vəsait film çəkilişi və müxtəlif layihələr üçün xərclənib. Film satışı Ermənistanda ciddi problem olaraq qalır – ölkədə çox az kinoteatr var, televiziya kanalları isə filmləri almır:

«Adətən kino istehsalçıları sərf olunan xərclərin 70 faizini öz ölkələrindən çıxarırlar. Bizdə əksinədir – televiziyalar filmləri almır, kino kirayəsi və kinoteatrlar isə demək olar ki, yoxdur. Ona görə də bu gün keyfiyyətli film çəkmək və satmaq problemimiz var».

Buna baxmayaraq bir neçə erməni filmi ötən il müxtəlif festivallarda mükafatlar alıb və beynəlxalq səviyyədə tanınıblar.

Kino Mərkəzinin direktorunun fikrincə, keçən ilin ən böyük uğuru Ermənistanın Kann festivalının kino yarmarkasında iştirak etməsi olub. Yarmarkada filmlər satılmasa da, ölkə məşhurlaşıb və nəticədə Fransa və Rusiya ilə ölkələrarası müqavilələr imzalanıb. Artıq birgə film çəkilişi ilə bağlı razılaşma var.

Moskvada yaşayan erməni rejissor Mariya Saakyanın filmi doğulduğu kiçik şəhərcik barədə olacaq. Bu layihə üçün nəzərdə tutulan 650 min avronun 10 faizini Ermənistan, qalan hissəsini isə Rusiya və Fransa maliyyələşdirəcək.

Ermənistanda kino istehsalı qanunla tənzimlənmir. Qevorq Qevorkyan deyir ki, kino haqqında qanunun olmaması
Ermənistan-Türkiyə kino-platformasının mətbuat konfransı, 15 aprel 2010
Ermənistan kinosunun inkişafına ciddi maneə yaradır.

2008-ci ildə Beynəlxalq «Qızıl ərik» kinofestivalının təşəbbüsü ilə «Gəlin, birlikdə film çəkək!» adı altında Ermənistan-Türkiyə kino-platforması yaradılıb. Bu layihə çərçivəsində bu il aprelin 8-10-da İstanbulda hər iki ölkənin gənc rejissorlarının növbəti işçi görüşü keçirilib. Festivala Ermənistandan 15, Türkiyədən 40 qısametrajlı film təqdim edilmişdi, onlardan 5-i seçildi. 2010-cu ildə Ermənistan-Türkiyə kino-platformasının fəaliyyəti ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən maliyyələşir.

Layihələr müxtəlif mövzuları əhatə edir. Onların hamısı iki ölkənin keçmişi və bu günü, insanlarının arzu və hissləri barədədir. Məsələn, İstanbul haqqında film çəkiləcək. Bu layihənin müəllifi Ermənistandan olan gənc rejissor Diana Kardumyandır:

«Hesab edirəm ki, İstanbul dünyanın ən çox inkişaf etmiş kinematoqrafiya şəhərlərindən biridir. Bu şəhər məni heyran edib və mən ona vurulmuşam. İmkan yaranan kimi mən İstanbul haqqında qısametrajlı film çəkməyə və bu şəhəri iki turistin gözü ilə təqdim etməyə qərar verdim».

Türkiyədən olan rejissor Gülengül Altıntaşın filmi isə ermənilərin uşaq düşərgəsindən olacaq.

Bu barədə kino-platformanın koordinatoru Arçvi Baxçinyan danışır:

«Film internat məktəb barədə olacaq və təsirli ailə əhvalatından bəhs edəcək».

Rejissor Arutyan Xaçatryan bu təşəbbüs barədə danışarkən qeyd edir ki, artistlər dünya vətəndaşlarıdır:

«Əlbəttə, biz problemlərimizi xatırlayırıq, ancaq biz dünya vətəndaşıyıq, bizim üçün sərhəd yoxdur. Əsgərlər döyüşür, siyasətçilər ölkələr arasında münasibətləri tənzimləyir, artistlər sərhədləri açır. Ümid edirəm ki, siyasi xadimlər də bizim təcrübəmizdən yararlanacaqlar».
XS
SM
MD
LG