Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:48

«Bizim burda sağ qalıb-qalmayacağımıza zəmanət verən yoxdur»


Ramzan Mollayev
Ramzan Mollayev
26 aprel Çeçen Dili günüdür. Azərbaycandakı Çeçen İcmasının rəhbəri Ramzan Mollayev bu münasibətlə AzadlıqRadiosunun suallarını cavablandırıb

- Azərbaycanda yaşayan çeçenlər öz dillərini necə öyrənirlər?

- Çeçen dilində bizi heç kim öyrətmir. Azərbaycan dövləti bizim dili qəbul etməyib və icazə vermədi ki, öz dilimizdə məktəb olsun. Əvvəl biz 12000 nəfər idik. İndi isə hiss olunacaq dərəcədə azalmışıq. Hazırda bizə BMT kömək edir. Dilə gəlincə isə, öz aramızda daim danışırıq, kitab oxuyuruq, uşaqlarımızı öyrədirik, öz mədəniyyətimizi, dinimizi qoruyub saxlamağa çalışırıq.

- Bəs Azərbaycanda yaşayan çeçenlərin övladlarına öz dillərini öyrətmək üçün dərslikləri və ya kitabları varmı?

- İndi bizə bir dərslik veriblər, çeçen əlifbası, onu da BMT-nin dəstəyi ilə həmyerlimiz nəşr edib. Həmin əlifba da latın hərfləri ilədir. Yəni latın hərfləri ilə çeçen əlifbası. Bir sözl,ə var gücümüzlə çalışırıq dilimizi qoruyub saxlayaq.

- Bu gün Azərbaycanda nə qədər çeçen yaşayır və onların vəziyyəti necədir?

- Hazırda çeçenlər Azərbaycanı tərk etməyə çalışırlar, 12.000 nəfər idik, indi isə heç 1000 nəfər qalmayıb. Azərbaycanda proqram hazırlanmayıb deyə, çeçenləri təhvil verirlər və ya oğurlayıb öldürürlər, ona görə də hamımız çalışırıq Avropaya köçək. Bizim Azərbaycanda heç işləmək hüququmuz da yoxdur. Azərbaycan Respublikası bizi qəbul etməyib. Hər gün kim isə köçüb gedir. Kim bacarırsa, qərara gəlib ki, getsin. Biz ona görə köçürük ki, bizim sağ qalıb-qalmayacağımıza burada zəmanət verən yoxdur.
XS
SM
MD
LG