Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

Oqtay Pirverdiyev: «Su anbarında vəziyyət sabitdir»


Mingəçevir su anbarı
Mingəçevir su anbarı
Mingəçevir Su Elektrik Stansiyasının direktoru Oqtay Pirverdiyev su anbarının dolmasına bir santimetr qalması barədə yayılan məlumatları «cəfəngiyat» adlandırıb.

AzadlıqRadiosuna müsahibəsində O. Pirverdiyev deyib ki, əksinə, su anbarında vəziyyət stabilləşməyə doğru gedir:

«Hələ çox şeylər deyəcəklər, amma heç bir problem yoxdur. Nominal səviyyə ilə maksimal səviyyə arasında hələ 2.5 metr fərq var. Səviyyə gün ərzində 4 sm dəyişir, 1 sm də azalır. Demək olar ki, vəziyyət stabilləşib».

Mayın 22-ə olan məlumata görə, Mingəçevir su anbarında suyun səviyyəsi 82.99 metrə çatıb.

Anbardakı maksimal hədd isə 85.5 metrdir.

Mütəxəssislər isə anbarda suyun səviyyəsinin bu qədər qalxmasından narahatdırlar.

HƏMÇİNİN OXU:

«MİNGƏÇEVİR AXA BİLƏR»

XS
SM
MD
LG