Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:52

«Deputatlara büdcəni öyrənmək üçün cəmi iki saat verilib»


Rövşən Ağayev
Rövşən Ağayev
Bunu iqtisadçı-ekspert Rövşən Ağayev «İşdən sonra» proqramında deyib. O bildirib ki, hökumət büdcə ilə bağlı hesabat verməyə xəsisliklə yanaşır:

«Bir gün əvvəl büdcə dəyişikliklərini nəzərdə tutan sənədi komitəyə verir. Müzakirəyə iki saat qalmış isə deputatlara paylanılır».

Büdcədə nəzərdə tutulan investisiya xərclərinin azaldılmasının tərəfdarı olan ekspert deyib ki, necə olur ki, investisiya xərclərini beynəlxalq səviyyə ilə eyni tuturlar, halbuki təhsil və səhiyyə xərclərini beynəlxalq səviyyə ilə uyğunlaşdırmaqdan çəkinirlər:

BÜDCƏYƏ NƏZARƏT GÜCLƏNMƏLİDİR

«Qərb təcrübəsində büdcədə investisiya xərclərinin payı 4 faizə qədərdir, amma Azərbaycanda investisiya xərcləri getdikcə artır və təqribən 10 faiz təşkil edir. İnvestisiya xərcləri isə korrupsiyalaşmaya daha çox yol açan xərclərdir».

Rövşən Ağayev deyib ki, büdcəyə nəzarət güclənməlidir:

«Necə olur ki, ABŞ səfirliyinin tikdiyi orta məktəbə çəkilən xərc, dövlət büdcəsi ilə tikilən məktəbin xərcindən iki dəfə aşağıdır?».

Bu il ilk dəfə büdcədə Dövlət Neft Fondundan ayırmaların payı 50 faiz təşkil edib, ümumulikdə isə dövlət büdcəsinin 72 faizini neftdən gələn gəlirlər təşkil edir.

Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə deyib: «29 milyon manat kifayətdir ki, səhiyyə işçilərinin əməkhaqqı orta hesabla beş dəfə
Nazim Məmmədov
artsın».

BÜDCƏDƏN MAAŞ ALANLARIN ƏMƏKHAQLARI ƏN AZ 10 FAİZ ARTIRILMALIDIR


Yeni Azərbaycan Partiyasından olan deputat, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov isə bildirib ki, büdcəyə sonuncu əlavə və dəyişikliklər büdcə təşkilatlarında işləyənlərin əməkhaqlarını təqribən 10 faiz artırmağa imkan verəcək. N.Məmmədov bu artımdan hansı sahədə işləyənlərin payına daha çox düşəcəyini indidən deməyin çətin olduğunu bildirib:

«Büdcədən maaş alanların əməkhaqları ən azı 10 faiz artırılmalıdır. Mən bunu artıq təklif etmişəm».

Yaxın vaxtlarda bu təklifin reallaşacağına ümidvar olduğunu söyləyən deputat deyib ki, büdcəni neft gəlirləri ilə deyil, vergilər yolu ilə tənzimləmək daha məqsədəuyğun olardı:

«Büdcə gəlirlərinin yarıdan çoxu neft gəlirləridir».

Nazim Məmmədov deyib ki, büdcədə nəzərdə tutulan investisiya xərcləri artırmalıdır. Çünki hələ də bəzi yerlərdə infrastruktur pis səviyyədədir. Deputat deyib ki, o da şəffaflığın artırılmasını tələb edir:

«Çəkilən xərclərə ciddi nəzarət olmalıdır. Hesablama Palatası stereotipləri sındırmalıdır».


/Hazırladı Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

«MİLYARDLAR YEM KİMİ OĞRULARIN QABAĞINA ATILMASIN»
XS
SM
MD
LG