Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:30

Bakıda siğə sövdələşmələri


Mollanın mənə yazıb verdiklərindən məlum oldu ki, siğə etdirəcəyim qadının öz ərindən boşanmasından ən azı 3 ay 10 gün vaxt keçməlidir
Mollanın mənə yazıb verdiklərindən məlum oldu ki, siğə etdirəcəyim qadının öz ərindən boşanmasından ən azı 3 ay 10 gün vaxt keçməlidir

-

Diqqət! Bu araşdırma 2010-cu ildə aparılıb.

21-ci əsrdə Bakının mərkəzində bir kişi bir qadını özünə siğə, yəni müvəqqəti arvad etdirə bilərmi? Mən də inanmırdım. Siğələrlə bağlı redaksiya tapşırığı alanadək.

Paytaxtda - metronun Nizami stansiyasının yanındakı Hacı Sultanəli məscidində bir molla ilə siğə sövdələşməsinə başlayanda məlum oldu ki, mənim bir qədər sıxıla-sıxıla və asta səslə danışdığım məsələni həmsöhbətim çox adi qarşılayır. Mən bu şəhərdə bu məscidə bu məsələ ilə müraciət edən nə birinciyəm, nə sonuncu.

Mən ona yad bir qadınla Türkiyəyə 10 günlük səfərə gedəcəyimi və elə bu səbəbdən də onu siğə etdirmək istədiyimi dedim. Həmsöhbətim dərhal məni sual yağışına tutdu - O qadın ailəlidirmi, neçə yaşı var, səni çox istəyirmi, onunla aranız açıqdırmı, boşanıbsa, nə vaxt boşanıb, intim münasibətdə olmusunuzmu və s.

Gözlə

No media source currently available

0:00 0:08:06 0:00
Direct-ə keçid



Sualların çox olduğunu görüb Emin adlı molladan bəzi şərtləri mənə yazıb verməsini istədim.

Əvvəlcədən qurduğumuz ssenariyə uyğun olaraq bu şərtləri Kamilə Məhərrəmova adı altında molla ilə danışacaq həmkarıma verməli idim.

Mollanın mənə yazıb verdiklərindən məlum oldu ki, siğə etdirəcəyim qadının öz ərindən boşanmasından ən azı 3 ay 10 gün vaxt keçməlidir. Bir də ailə quranda kəsdirdikləri kəbin geri oxunmuş olmalıdır. Maraqlıdır ki, mənim evli olduğumu deməyim molla Emində heç bir sual və etiraz doğurmadı. Heç guya siğə etdirəcəyim qadının razılığını qiyabi – telefonla alacağı da problem deyildi. Molla mənə izah etdi ki, qadın məscidə gələ də bilər, gəlməyə də.

Şərtləri yazılı şəkildə molladan alandan sonra həmkarıma zəng edib suallara hansı cavabları verəcəyimizi razılaşdırdıq. Bundan sonra məscidə qayıdıb molla ilə qadını telefonla calaşdırmalı idim.

MOLLA QADINI SİĞƏYƏ NECƏ RAZI SALDI?

- Alo!

- Eşidirəm.

- Kamilə xanım, bu qardaş bizə müraciət elədi, sizin haqqınızda danışdı, siz qabaq evli olmusuz?

- Hə..

- Siz nə vaxt boşanmısız?

- Yanvar ayında…

- Boşanmısız? Yəni gəlib oturmusan öz evində?

- Hə..

- Sizin kəbininiz var idimi qabaq?

- Kəbinim var idi, elə kəbinlə də boşanmışıq.

- Talaq vermisiz də?

- Hə vermişik.

- Kim verib, hansı məsciddə verilib?

- Bilmirəm. Onu yoldaşım elədi.

- Dəqiq bilirsən, xanım?

- Hə dəqiq bilirəm.

- Bu elə bir şeydir onunla oyun oynamaq olmaz, bu dəqiq olmalıdır. Dəqiq - yoldaşınız “talaq” verib, yəni molla yanında kəbini geri oxutdurub?

- Dəqiqdir.

- Hansı ayda olub bu?

- Yanvar ayında.

- Yanvar ayında boşanmısız və elə həmin vaxt da kəbin geri oxunub?

- Ondan əvvəl ayrılmışdıq, amma kəbin yanvar ayında geri oxunub.

«YOLA ÇIXMAQ ÜÇÜN, ƏLİNDƏN TUTMAQ ÜÇÜN»

- Kamilə xanım indi bu qardaşla fikriniz ciddidir?

Sualların çox olduğunu görüb Emin adlı molladan bəzi şərtləri mənə yazıb verməsini istədim

- Necə?

- İndi bu qardaş gəlib, sizi siğə etdirməyə sizin fikiriniz bu adama qarşı ciddidir də?

- Bilmirəm. Amma mən evlənmək istəmirəm, mən ərə getməkdən bir az qorxuram.

- Yox ərə getmək deyil, siğə elə bir şeydir ki, həm sizin aranızdakı münasibətdə halallıq olmalıdır, həm də sizin xasiyyətinizin bir birinə uyğunlaşması deməkdir, yola çıxmaq üçün, əlindən tutmaq üçündür. Üzr istəyirəm siz qız olsaydınız mən bunu eləməzdim, artıq siz bir dəfə evlilik həyatını keçmisiniz, buna görə siğə olunursunuzsa, fikriniz ciddi olmalıdır.

- Ciddidir hə. Mən günah işlətmək istəmirəm.

- Ay sağ ol! Deyirsiz fikiriniz ciddidir, İndi inşallah neçə aylıq olsun siğə, iki-üç ay yazaq heç olmasa?

- Nə bilim, onu ondan soruşun.

- Onda oğlan necə desə, sən onu qəbul edirsən də?

- Hə.

BAŞINDA PAPAQ, ÜZÜNDƏ TÜK

- İndi qulaq asın, indi sizin aranızda bir halallıq, hədiyyə, pul olmalıdır, sən ondan nə istəyirsən hədiyyə kimi?

- Mən ona hədiyyə almalıyam?

- Yox, oğlan sənə hədiyyə almalıdır, sən ondan nə qəbul edərdin? Bilirsiz siz siğə olandan sonra onu incitməməlisiz, artıq siz siğədən sonra ər-arvad kimi olursuz.

- Yəni nə desə məcburam eləyəm?

- O sənə nə isə verməlidir, gülmü, qızıl üzükmü, o sənlikdir, sən nə istəyirsən onu yazaq.

- Nə istəsə alsın. Gül alsın.

- Artıq siğə oxunan gündən siz ər-arvad sayılırsız. Bildiniz?

- Hə əgər Allahın rizası varsa…

- Bilirsiz, Allah rizası deyəndə ki, əgər sizin kəbininiz geri oxunubsa, artıq hər şey sizlikdir. Siz hazırsınızmı biz siğəni oxuyaq.

- Bəli, hazıram …

- Onda gedək oxuyaq?

- Amma mən nə bilim ki, siz mollasız?

- Xanım bura məsciddir, qardaş məscidə gəlib və istəsəniz siz də gələ bilərsiniz, Hacı Sultanəli məscididir mən də mollayam da. Molla başında papaq olur, üzü tüklü olur, daha mən sənə nə deyim (gülür).

«ƏSAS MƏSƏLƏ DUANI OXUMAQDIR»

- Mənə bir kağız yazın verin.

- Əgər kəbin olsaydı sizə kağız göndərilərdi, bu siğədir, burda kağız olmur. Çünki biz müvəqqəti bir şeyə kağız vermirik.

- Amma mən İranda yaşayan qohumlarımızdan soruşmuşdum, orda kağız verirlər.

- Xanım İran başqa bir şeydir, İranda hakimiyyət islam hakimiyyətidir. Orda sığortalanırsan və s. Amma bizdə bunlar yoxdur. Bizdə bir dənə kəbinə kağız verilir. İndi siğə olunandan sonra ola bilər bir-birinizə öyrənişəsiz, ondan sonra ola bilsin gələsiniz sizə kəbin kağızı verək. Burda əsas məsələ duanı oxumaqdır. Allah yanında əsas məsələ oxumaqdır, bu sübutdur.

- Bilirsiz, o İrandakı qohumumuz mənə deyib ki, əgər siğədən sonra qadın uşağa qalsa, siğə kağızı uşaq üçün çox vacibdir, yəni uşaq qeyri-qanuni olmasın.

- Elə olanda uşağın məsuliyyətini ata daşıyır.

Hacı Sultanəli məscidi

- Mən başa düşürəm, amma...

- Bilirsiz İranda ZAQS yoxdur, ona görə evlənənlərə kəbin kağızı verilir.

«GEDİN, GƏLİN, KƏBİNİNİZİ DƏ KƏSİM»

- Başa düşürəm, amma mənə kağız verməsəniz, mən onu necə sübut edəcəm?

- Gələrsiz kəbin kəsdirərsiniz.

- Birdən o razılaşmadı?

- Kim?

- Maarif.

- İndi onu siz özünüz bilərsiniz.

- Yəni mən onun sözünə inanmalıyam, eləmi?

- Onu sən tanıyırsan, mən tanımıram, o da gəlib məscidə, bizə müraciət edib. Biz də ona bunun yolunu demişik, indi də səninlə danışırıq.

- O kağızı niyə yazmaq istəmirsiniz ki?

- Bizdə ümumiyyətlə siğə üçün kağız verilmir.

- Heç vaxt vermirsiz o kağızı?

- Yox heç vaxt, ay xanım niyə inanmırsan, bura Allahın evidir.

- Sizə görə yox, amma nə bilim...

- İstəyirsiz bir aylıq siğə kəsdirin, gedin gəlin sonra fikirləşərsiz kəbin kəsdirəsiniz. Gedin, qol-qola gəlin bura biz də sizin kəbininizi kəsək verək.

- Yaxşı onda öz bildiyiniz kimi edin...

ARDINI BURADA OXU

XS
SM
MD
LG