Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:41

Rüstəm İbrahimbəyov konfransda ziyalıları mövqe bildirməyə çağırdı


«Ziyalıları ictimai-siyasi və iqtisadi asılılıqdan azad etmək vacibdir.

İdeoloji yaradıcılıq “muzdlu yaradıcılıqdır».

Akademik Rafiq Əliyev bu fikri iyunun 30-da “İbrus” teatrında keçirilən “Ziyalı və zaman” adlı konfransda səsləndirib. (“Turan”)

Akademik deyib ki, ölkəni indiki vəziyyətdən çıxarmaq ziyalıların missiyasıdır. O, cəmiyyətdəki neqativ halların - insan haqları, söz, ifadə azadlığının pozulması hallarının qarşısını almaq üçün ziyalıları birliyə çağırıb.

Konfransı açan “İbrus” teatrının rəhbəri, ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi Oskar mükafatı almış Rüstəm İbrahimbəyov deyib ki, ziyalının cəmiyyətdəki rolu aydınlaşmalıdır, bilinməlidir ki, o, aktyordur, yoxsa tamaşaçı.

“Əgər biz tamaşaçıyıqsa, gəlin fəal tamaşaçı olaq və öz mövqeyimizi bildirək”

Tarixçi Eldar İsmayılov deyib ki, sovet dövründə bütün təbəqələr kimi ziyalılar da hakimiyyətin siyasi iradəsinə tabe idi və totalitar düşüncə çərçivəsində formalaşırdı:

“O zaman ziyalılar passiv idilər və “saray şairləri və yazıçıları təbəqəsi” yarandı”.

Xalq yazıçısı Əkrəm Əylisli isə konkret təkliflə çıxış edib – deyib ki, hakimiyyəti jurnalist Eynulla Fətullayev, bloggerlər Emin Milli və Adnan Hacızadəni azadlığa buraxmağa çağırmaq lazımdır.

Konfransda başqa bir xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar da iştirak edib.

Amma o danışmamağa üstünlük verib və ilk çıxışlardan sonra tədbiri tərk edib.
XS
SM
MD
LG