Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

ABŞ rəsmisi: "Demokratiya vaxt istəyir"


ABŞ Dövlət Katibinin Demokratiya və İnsan Haqları üzrə yardımçısı Maykl Posner
ABŞ Dövlət Katibinin Demokratiya və İnsan Haqları üzrə yardımçısı Maykl Posner
ABŞ Dövlət Katibinin Demokratiya və İnsan Haqları üzrə yardımçısı Maykl Posner Hillari Klintonun Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinə səfərini necə qiymətləndirir? Ötən həftə xanım Klintonun regiona baş tutan səfərindən sonra AzadlıqRadiosunun Vaşinqtondakı müxbirinin Maykl Posnerlə müsahibəsini diqqətinizə çatdırırıq

Dövlət Katibi Klintonun Şərqi Avropa və Cənubi Qafqaza səfəri Dövlət Departamenti çərçivəsində necə qiymətləndirilir?


Ümumi olaraq belə düşünürəm ki, insanlar bu səfər haqqında yaxşı fikirdədirlər. Bu, onun dövlət katibi kimi həmin ölkələrə ilk səfəri idi və hər iki tərəfin ümumi maraqlarını müzakirə etmək, əlaqələri daha da gücləndirmək, həm də eyni zamanda vətəndaş cəmiyyətinə müraciət etmək və fərqlər barədə narahatlığı ifadə etmək üçün bir şans idi.

Düşünürəm ki, o, hər ikisinə nail oldu. Fikrimcə, səfər və şəxsi əlaqələrin münasibətləri gücləndirmək və gündəlikdə duran məsələləri bölüşmək məqsədinə xidmət etdiyi hiss olunurdu, bununla yanaşı hər dəfə ortalıqda aydın mövzu da olurdu: bu da o idi ki, münasibətlərimizin bir hissəsi kimi insan haqları, demokratiya və vətəndaş cəmiyyəti məsələlərində təzyiqlərimizi davam etdirəcəyik.

DEMOKRATİYA VAXT APARIR


Krakovda «Demokratik dövlətlərin birliyi» adlı nitqində xanım Klinton belə deyib: «Rusiyada biz prezident Medvedevin qanunun aliliyi, insan haqları müdafiəçiləri və jurnalistlərin müdafiəsilə bağlı bəyanatlarını alqışladığımıza baxmayaraq, faktiki olaraq bunula bağlı cinayətlərdən heç birinin üstü açılmayıb». ABŞ-ın Rusiya ilə münasibətlərinin «bərpasındakı» uğurlar nəzərə alınsa, Ağ Ev bu cinayətlərə cavabdeh insanlara qarşı ədalətə nail olunmaq üçün Moskvaya necə təzyiq göstərməyə hazırlaşır?

Fikrimcə, bu sualın cavabı belədir ki, istər Anna Politkovskaya məsələsində, istərsə də Natalya Estemirova məsələsində biz narahatlığımızı həm qeyri-rəsmi, həm diplomatik, həm də ictimaiyyətə açıq formada ifadə etmişik və bundan sonra da edəcəyik. Bununla yanaşı, Rusiyanın vətəndaş cəmiyyəti, Memorial və digər insan haqları qrupları ilə işləməyi də davam etdirəcəyik.

Jurnalistləri Müdafiə Komitəsi ötən bir neçə ildə jurnalistlərin öldürülməsi ilə bağlı 16 faktın olduğunu qeyd edib. Beləliklə, bu, heç də yeganə hal deyil. Politkovskaya güman ki, daha çox diqqət çəkib və o Amerika vətəndaşı idi, ona görə biz bu məsələni ardıcıl olaraq qaldırmışıq. Amma, məncə, bu olduqca zəruridir ki, biz öz narahatlığımızı dönə-dönə bildiririk, istər qeyri-rəsmi, istərsə də ictimaiyyətə açıq şəkildə. Biz bununla məşğuluq. Bizim Rusiya ilə bir sıra maraqlarımız var, amma bizim öhdəliyimizin bir hissəsi də insan haqlarıdır.

5 il əvvəl Klintonun səfər etdiyi region bu günə nisbətən daha təmin olunmuş idi. Bir sıra inqilablar islahatçıları hakimiyyətə gətirmişdi və belə bir ümid var idi ki, köhnə avtoritar yollardan birdəfəlik əl çəkilib. Bu gün region ətrafına baxış göstərir ki, demokratik inkişaf geriyə hərəkət edir. Siz regiondakı inkişafı və ya geriləməni necə qiymətləndirirsiz?

Mən ölkələri qiymətləndirmək və ya qruplaşdırmaq istəmirəm. Ümumi olaraq onu deyə bilərəm ki, «rəngli inqilablarla» bağlı çoxlarının çox böyük gözləntiləri var idi ki, onların bir hissəsi reallaşmadı.

Amma fikrimcə, demokratiya quruculuğu prosesi bir anda və ya seçki vaxtı həll olunmur. Demokratiyanın davamlı olması üçün zaman-zaman onun dayanıqlı dirəkləri qurulmalıdır. Fikrimcə, biz indi onu görürük ki, reallaşdırma kifayət qədər vaxt aparır və çətin işdir. Bu elə bir şeydir ki, siz bunu etməlisiz, dövlət katibinin Krakovda dediyi kimi, bu elə bir şeydir ki, siz bunu ilin 365 günü etməlisiz.

Belə ki, əgər sizin seçiminiz varsa, amma güclü siyasi partiyanız, həqiqətən müstəqil və açıq medianız, əhalinin böyük bir hissəsi üçün əl çatan internet imkanlarınız, bir hissəsi səlahiyyət sahibi qadın olan ətrafınız yoxdursa, onda bizim bu ölkələrin bəzilərində gördüyümüz bütün problemlər daha aydın olur.

Və biz əlbəttə ki, deyirik gəlin əməldə həmin dirəkləri qurmaq və uzun müddət ərzində daha davamlı bir şey qurmaq üçün nə etməli olduğumuz barədə düşünək.

«İNSAN HAQLARI POZUNTULARI VARSA, BİZ BUNLARI DA AÇIQ ŞƏKİLDƏ MÜZAKİRƏ EDƏCƏYİK»

Klintonun Azərbaycana səfərinin ardınca müxalif qruplar öz narazılıqlarını bildirdilər ki, dövlət katibi vətəndaş cəmiyyəti və media azadlığı ilə bağlı digər yerlərdə olduğu kimi güclü açıqlamalar etmədi. Hətta dissident birliklər arasında belə bir zarafat da yaranıb: İndi prezident İlham Əliyev deyir, «Bəli, biz bacararıq!» – bu, prezident Obamanın kampaniya zamanı köhnə şüarıdır – yalnız Əliyev düşünür ki, bəli, Bakı Vaşinqtondan əks təsir görməkdən çəkinmədən jurnalistləri və hakimiyyətə müxalif olanları həbs edə bilər. Hakimiyyətə qarşı satiranın müəllifi bloqqerlər Emin Milli və Adnan Hacızadənin hələ də həbsdə olması və xanım Klintonun ölkəyə səfərindən iki gün sonra jurnalist Eynulla Fətullayevin həbs müddətinin uzadılması onu göstərir ki, o haqlıdır. Siz necə düşünürsüz, o, haqlıdır?

Mən bilirəm ki, dövlət katibi Fətullayevin və bloqqerlərin həbsi məsələsini qaldırıb. O həm şəxsi, həm də ictimai görüşlərində insan haqları ilə bağlı narahatlığını ifadə edib. Mən orada iştirak etməmişəm, daha yaxşı olar ki, bu barədə onunla birlikdə Bakıda olmuş bir adamla söhbət edəsiz.

Birləşmiş Ştatlar Əfqanıstana hərbi tədarük göndərilməsində əsas tranzit ölkə kimi dəstəyini artırması və davam etdirməsi üçün Azərbaycana qarşı hiss olunacaq qədər diqqət göstərir. Müdafiə naziri Robert Qeyts də münasibətləri daha da yaxşılaşdırmaq məqsədilə bu yaz Bakıya səfər etdi. Əfqanıstan müharibəsində Əliyevlə əməkdaşlığa ehtiyacın daha da artdığı bir vaxtda Dövlət Departamenti insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı Əliyevə necə ədalətli təzyiq göstərəcək?


Yaxşı, baxın, Azərbaycan bizim həm hərbi təhlükəsizlik maraqlarımız, həm də insan haqlarının pozulmasına görə narahat olduğumuz yeganə ölkə deyil. Obama da, dövlət katibi Klinton da deyib ki, «Bizim siyasət prinsiplər əsasında iş qurmaq dusturuna əsaslanır», yəni qarşılıqlı maraqlar əsasında biz bir sıra ölkələrlə danışacaq və işləyəcəyik, amma eyni zamanda insan haqları pozuntuları varsa biz bunları da bildirəcək və açıq şəkildə müzakirə edəcəyik.

Biz bunun hər ikisini edə bilirik və etməliyik. Və mənim işimin təbiəti Amerika maraqlarını dəstəkləməkdir. Amma bizim maraqlarımızın bir hissəsi, maraqlarımızın mərkəzi insan haqları ilə bağlı öhdəliyimizdir. Biz də daxil olmaqla bütün hökumətlərə qarşı bu meyar eyni dərəcədə aiddir.

Tərcümə edəni: /Ülkər Akifqızı/
XS
SM
MD
LG