Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:36

Balıq, tilov və brakonyer söhbəti


Elçin Şıxlı
- Bizə qəzetçi kimi balıq yox, tilov versinlər.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Ayna- Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı mətbuata ayrılan birdəfəlik yardımlar barəsində danışarkən deyib. Redaktor deyib ki, mətbuata balıq tutmaq üçün normal şərait yaradılsa kifayətdir:

HAMI ÜÇÜN EYNİ ŞƏRAİT YARADILSIN

- Bizə bir qəzetçi kimi balıq verməsinlər, bizə dövlət tilov versin və həmin tilov vasitəsi ilə balıq tutmağa imkan versin, şərait yaratsın. Hazırda tilov verilməlidir. Tilovu verirəm, kim bacarır tutsun o balığı. Hamı üçün eyni şərait yaradılsın. Yəni çıxış nöqtəsini nəzərdə tuturam. Hərçənd iyirmi ildir bazardayıq. Artıq ədalətli rəqabət üçün şərait yaradılmalıdır. Mən istəmirəm ki, yuxarıdan tapşırıq versinlər ki, filan qəzetlərə siz mütləq reklam verməlisiniz. Sadəcə olaraq elə şərait, elə reklam bazarı yaradılmalıdır, elə iqtisadi situasiya olmalıdır ki, onda istehsalçı, istehlakçıya öz əmtəəsini çatdıra bilmək üçün reklamdan istifadə etsin.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə deyib ki, tilovu vermək üçün hökumət bir sıra proseslərdən imtina etməlidir:

HÖKUMƏT ÖZÜNÜ HÖKUMƏTCƏSİNƏ APARMALIDIR, QULDURCASINA YOX

- Birinə deyirlər ki, əzrayıl bala paylayır. Deyir, balasını istəmirəm, balama dəyməsin. İndi bu dövlət ildə bir dəfə dövlət səviyyəsində bizim bir əməkdaşımızı şərləyib həbsxanaya soxacaq, şəhərin mərkəzində ofisimizdən məhrum edib aparıb, «Azərbaycan» Nəşriyyatının çardağında hansısa bir yerə tullayacaq. İldə bir dəfə bir əməkdaşımızı bu ölkədən qovacaq,
Qənimət Zahid
sonra da ildə bir dəfə bizə 10 15- min pul verəcək ki, mən bu mətbuata qayğı göstərirəm. Bu o qədər də nəcib hərəkət deyil. Bu ortadakı proseslər ləğv olunmalıdır. Dövlət özünün müdrikliyini göstərməlidir. Əgər belə bir müdriklik varsa. Hökumət özünü hökumətcəsinə aparmalıdır, quldurcasına yox. Ondan sonra tilovu da götürmək olar.

APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı isə deyib ki, mətbuat işçiləri həmin tilovu özləri əldə etməlidirlər:

İMTİNA EDƏN YOXDUR

- Mətbuat olaraq özümüz o tilovu almalıyıq. Balığı da özümüz tutmalıyıq. Azərbaycan mətbuatı artıq biznes strukturları kimi formalaşmalıdır. Mətbuata bu cür yanaşılmalıdır ki, bu bizim qazanc yerimizdir. Və biz burda satdığımız xəbər yerinə qazanc götürməliyik. Hökumətdən nə 100 min, nə 50 min, nə də 500 min istəməliyik. Mən hesab edirəm ki, normal reklam bazarı formalaşdırmalıdır. Bu olmayanda mətbuat iqtisadi asılılıqdan qurtarmayacaq. Bütün başqa formalarda biz hər il xahişlər edəcəyik, pullar istəyəcəyik. Digər bir tərəfdən bəyənməmək olar, təqdir etməmək olar bu pulların verilməsini, amma imtina edən yoxdur.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, bu pullar büdcədən ayrıldığından onu qəbul edib. Amma hər halda redaktor bunun çox pis nümunə olduğunu qeyd edib:

- Dövlətin qəzetləri və yaxud da hansısa vətəndaşı ələbaxımlığa öyrətməsi çox yaramaz bir siyasətdir. Dövlət və mətbuat münasibətlərinin üzərində yalnız ildə bir dəfə dövlətin KİV-ə ayırdığı yarımsaatlıq diqqətdən söhbət gedir.
Vüsalə Mahirqızı
Qalan il boyu dövlətin ayrı-ayrı KİV-lərə, ayrı-ayrı jurnalistlərə basqısından söhbət gedir.

OLİQARXIN PROYEKTİ?


Qənimət Zahid deyib ki, mətbuatın normal fəaliyyəti üçün normal siyasi proses lazımdır.

Vüsalə Mahirqızı:

- Siyasi problemlərdən yazmaq başqa şeydir, siyasətdə vasitə olmaq, partiyaların yerinə siyasi mübarizə aparmaq tamam başqa şeydir.

Qənimət Zahid:

- Mən öz əqidəmə uyğun hakimiyyətə alternativ olan bir siyasəti müdafiə edirəm. Siz də hansısa bir oliqarxın proyektində çalışırsınız.

Vüsalə Mahirqızı:

- Mən özümün proyektimdə çalışıram.

Qənimət Zahid:

- Mənə sübut etməyin ki, bu, sizin biznesinizdir.

Vüsalə Mahirqızı:

Bahəddin Həziyev
- Mənim yaratdığım media qurumlarının saytını açıb baxmaqla oradakı reklamları görmək mümkündür. Sizin media qurumunuz öz-özünü necə dolandırır ki, orada bir reklam yoxdur, satış da ortalıqdadır. Mənim yaratdığım media qurumu hökumətin və oliqarxın nəzarətindədirsə, niyə «Azadlıq» qəzetinin səhifələri APA-nın xəbərləri ilə doludur.

ƏGƏR SİZDƏ BİZİM REKLAMIMIZ ÇIXSA…


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev isə reklam bazarının normal fəaliyyət göstərmədiyini, tapşırıqla işlədiyini önə çəkib:

- Bir bankdan bizə deyiblər ki, əgər sizdə bizim reklamımız çıxsa, bundan sonra vergidən, korrupsiya idarəsindən, prokurorluqdan gələcəklər.

Tilov məsələsinə gəldikdə isə redaktor deyib ki, balıq tutmaq istəyənlərə brakonyer adını qoyub həbs edirlər:

- Xəzər dənizinin ətrafını çəpərləyiblər. Hətta tilov olsa, balığı tutmaq mümkün deyil. Yəni gedib yaxınlaşmaq mümkün deyil. Hasarı aşıb gedirsən, səni tutub adının brakonyer qoyub 5 il, 3 il həbs verirlər.

Mətbuat nümayəndələrinin həbsdə olan jurnalistlər haqqında nələri dediyini bilmək istəyirsinizsə, verilişi tam olaraq dinləyin.

XS
SM
MD
LG