Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

«Təbii fəlakətdən 3 ay keçib, hələ vətəndaşlara yardım edilməyib»


Bunu «Kür» vətəndaş cəmiyyəti»nin üzvü, «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyib

«Kürətrafı bölgədə vəziyyət olduqca pisdir». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Kür» vətəndaş cəmiyyəti»nin üzvü, «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyib. Onun sözlərinə görə, təbii fəlakətdən 3 aydan çox vaxt keçsə də, hələ vətəndaşlara yardım edilməyib.

«Vəziyyət pisdir. 3 ay vaxt keçsə də, ən çox zərərçəkmiş insanlara bu vaxta qədər bir qəpik də olsa pul verilməyib».

Jurnalist deyir ki, gündəlik çörəkpulu, cibpulu, həftəlik pulların verilməsində də qaydasızlıq hökm sürür:

«Həftədə beş manat adambaşı nəzərdə tutulsa da, yerli icra orqanları və bələdiyyələır bunu elə paylayırlar ki, iki həftəyə 5 manat düşür. Aya 20 manat yerinə 10 manatlıq ərzaq paylanır».

Mehman Əliyev deyir ki, pulların verilməsində saxtakarlıqlar da mövcuddur.

«Pullar indi-indi başlanıb verilməyə. Bizdə olan məlumata görə, zərər çəkməyən ailələrə verilir. Ozü də kifayət qədər çox verilir. Mənə bir mənbə dedi ki, Rusiyada işləyənlərin ailələrinə daha çox verirlər. Onlarla müəyyən münasibətləri var. Onlara formal olaraq qol çəkdirirlər. Pullar heç o ailələrə verilmir. Yəni geri qaytarılır pullar. Bunu yoxlamaq çox asandır, siyahılarla yoxlamaq olar».

Mehman Əliyev deyir ki, təbii fəlakətdən əziyyət çəkən insanların təsərrüfatları da tamamilə məhv olub. Həmin insanlar hazırda heç normal qidalana da bilmirlər:

«Bizim əsas yeməyimiz nə idi orada? Bir az çörək, bir az pendir, olsa pomidor, ya da ki qarpız. Ən yaxşı halda. Bax budur. İnsanlar ancaq bunu yeyir».

Təbii fəlakətdən əziyyət çəkən digər ölkələrlə müqayisə aparan jurnalist Azərbaycan hökumətinin olduqca ləng hərəkət etdiyini və həmçinin vəziyyətə tamamilə nəzarət etmədiyini bildirib.

«Mən bir şeyi müşahidə etdim orada. Ancaq bir məqsəd var ki, necə bu pulları yemək, necə mənimsəmək. Məmurların maraqları ancaq burdadır. Xalq millət heç onları sayan yoxdur».

XS
SM
MD
LG